22:00-da Şam Yeməyi & Dunayda Gəmi Gəzintisi ( canlı musiqi ilə)

More photos
From 18.00 EUR
Duration: 90 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Beynəlxalq və yerli kulinariya nümunələrinin və çox çeşidli içkiləri dadaraq UNESCO tərəfindən qorunan Budapeşt Panoramasının həzzinə varın.

What to expect
Günəş yavaş-yavaş Buda təpələrinin arxasına əyilib, təbiət işıqları öz yerini şəhərin gecə işıqlarına verdisə artıq qaranlıq gözəlliyini üzə çıxaracaq şəhəri izləmək üçün plan qurmağın əsl vaxtıdır! Budapeşt axşamlarını görmək üçün Dunay çayında heç vaxt unudmayacağınız bir gəmi turu kimi ideal hərhansı alternativ görünmür.
Axşam saat 22:00 da başlayacaq kruiz turu klassik bir restorandan fərqli olaraq lüks bir ziyafət salonu kimi olub, şəhərin bütün vacib nöqtələrini əvəzolunmaz şəkildə izləmək imkanını verir. Budapeştin ən məşhur 6 körpüsünün altından keçdikdə özünüzü xalq nağıllarındaymış kimi hiss edəcəksiniz. Macarıstanın ən istedadlı musiqiçilərinin bir yerdə təsis etdiyi Rajko Musiqi Qrupu tərəfindən ifa olunan yerli və klassik musiqilərin müşayəti altında, Macarıstanın ən dadlı yerli yeməklərinin dadına baxın
90 dəqiqəlik səfər ərzində, Parlament Binası, Buda Qalası, Matias KilsəsiMüqəddəs Stefan Kilsəsi kimi simvolik memarlıq nümunələrini seyr etmək imkanına qovuşacaqsınız. Budapeştin ən gözəl körpülərinə, şəhərin simvollarından sayılan Zəncir, Elizabet Azadlıq körpülərinin altından keçərkən sizə əl sallayan insanlara qarşılıq verməyi unutmayın!
Açıq bufet olaraq təklif edilən yerli mətbəx nümunələrini dadmaqdan əlavə, kruizin açıq-yuxarı göyərtəsində şəhər mənzərəsini seyr edərək pulsuz içkinizi qurtumlaya bilərsiniz. 
Budapeştin mərkəzini şəhərin tam ortasından axan Dunay çayındakı tur ilə kəşf etmək şəhərin “edilməlilər” siyahısındadır və özünüzü bu zövqdən qəti şəkildə məhrum etməyin.


Qeyd olunan qiymətə daxil olunan xidmətlər aşağıdakılardır:

  • Rajko Musiqi Ansamblının müşayiəti ilə canlı musiqi
  • Gəmi turu
  • Pulsuz Salamlama İçkisi
  • Açıq Bufet Şam Yeməyi və ya seçimdən asılı müxtəlif sessiyalar
  • İstəyə bağlı transfer xidməti
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallara cavab tapmaq üçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş olunur: +3630 659 7007

Turun başlama vaxtı: 

Tur istisna tarixləri çıxmaq şərtilə May - Oktyabr tarixləri arasında gündəlik, digər tarixlərdə isə müəyyən aralıqlarla  22:00-da təşkil olunur.

İstisna tarixlər: 14 Fevral, 20 Avqust, 24 Dekabr, 31 Dekabr


Toplanma vaxtı: 

21:30

Toplanma məntəqəsi: 

Dunay Sarayı (Budapeşt H-1051, Zrínyi küçəsi 5)  Yeni barokko üslubunda tikilmiş sarı teatr binası Greşam Sarayının küncündə yerləşir. Yerləşdiyi küçənin sonu Bazilika meydanına çıxır. Gəzintinin adı yazılmış lövhə və sizə yardım edəcək əməkdaşlar binanın qarşısında sizi gözləyir.
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in