4 saatlıq Budapeşt Şəhər Turu

More photos
From 215.00 EUR
Duration: 4 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Şəhərin ən vacib məkanlarına 4 saatlıq şəxsi tur ilə səfər edin və Budapeştin mövcud və tarixi vəziyyəti ilə tanış olun!

What to expect
Komfortlu mikroavtobusunuza əyləşin və Budapeştin məşhur küçələrini professional sürücünüzlisenziyalı tur bələdçinizlə birlikdə kəşf edin. Tur ərzində şəhər daxilində nəhəng bir dövrə vuracaq və ən görülməli məntəqələrlə tanış olacaqsınız.

Budapeştin ən hündür binası olan Müqəddəs Stefan Kilsəsindən başlayan tur ərzində Zəncir Körpüsünün üzərindən keçərək  Buda tərəfini kəşf etməzdən öncə Peşt daxilində Macarıstan Parlament Binasına doğru irəliləyəcək və məntəqədə bina memarlığı tarixi ilə bağlı məlumatlandırılacaqsınız. Şəxsi bələdçiniz vasitəsilə keçdiyiniz bütün məntəqələr haqqında soruşun və istədiyiniz məntəqədə avtomobili dayandırıb şəhərin seyr edin. Unutmayın ki, şəxsi bələdçiniz şəhər haqqında geniş məlumatla xidmətiniz də olacaq. 

Buda tərəfinə keçdikdən sonra Qala ərazisində əsrlik yollarla qədim binaların arasından keçərək Peşt tərəfinə qayıtmazdan öncə Budapeştin ən hündür məntəqəsi sayılan və Peşt mənzərəsinin izlənilməsi üçün seçilə biləcək ən möhtəşəm yer
sayılan Gellert təpəsində istədiyiniz qədər vaxt keçirib şəkil çəkdirin. Qəhrəmanlar Meydanına çatdıqda isə yenidən bələdçinizdən Macarıstanın simvol qəhrəmanları haqqında bir-birindən təəccüblü faktlarla tanış olub şəhərin ən böyük ölçülü yaşıl ərazisində - romantik Şəhər Parkında gəzintinin dadını çıxarın.

Tur qapınızda başlayıb qapınızda bitəcəyi üçün toplanma mənqətəsi ilə bağlı narahat olmağa dəyməz. 

Budapeşt təcrübənizi daha da zənginləşdirməküçün şəhərin ən məşhur təpələrindən birinə turu tamamlayın və qeyd olunan istiqmətlərdən seçin.

Daxildir:

  • Şəxsi tur və avtomobil
  • Şəxsi bələdçi
  • Zugliget kanatına və ya Hűvösvölgy Uşaq Dəmir Yoluna giriş bileti

Zugliget kanatı
Janos və Zugliget təpələri arasında səyahət imkanını təmin edən kanat sistemi təpəlik Buda tərəfinin ən maraqlı atraksiyonlarındandır. Təpədən aşağı enərkən Budapeşt panoramasına heyran qalacaqsınız. Kanat yolunun üst hissəsi dik yamaclı meşələrdən aşağı hissəsi isə Zugliget Məhəlləsinin küçələri və bağlarının üzərindən keçir. Hündürlük fərqi 262 m olan iki məntəqə arasındakı 1.04 km-lik səfər boyunca kanat sürəti 4 km/saat olub Budapeştin eskalator sürətləri ortalamasının belə altındadır vəbu zövqdən maksimum yararlana bilmək üçün təyin edilmişdir. 

Hűvösvölgy Uşaq Dəmir Yolu
Uşaq Dəmir Yolu olaraq da adlandırılan Hűvösvölgy dəmiryolu Budapeştin 7-ci dəmir yolu şəbəkəsidir və şəhər üzrə ən qədim marşrutlardan birinə sahibdir. Hal-hazırda Budapeştin II və XII rayonlarında qoşula biləcəyiniz ən maraqlı atraksiyonlarından sayılır. Dəmir yolu təbii ki, böyük işçilərin də nəzarəti ilə uşaqlar tərəfindən idarə olunur. Yaradıldığı gündən 1990-cu il siyasi dəyişikliyə qədər pioner qatar adlanan bu atraksiyon Sosialist ideologiyanın uşaqlara təlqin edildiyi ən bilinən məntəqələrdəndir. Terminalları arasında 235 m-lik hündürlük fərqi olan dəmiryolu xəttinin uzunluğu 11.2 km-dir.

  • Transfer xidməti 
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallarüçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş
olunur: +3630 659 7007

Turun başlanma vaxtı:

Tur hər gün saat 09:00-da başlanır. 


Turun müddəti:

4 saat

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in