8 saatlıq "Böyük Şəhər" turu və Dunayda Nahar Yeməyi Gəmi Turu

More photos
From 385.00 EUR
Duration: 7 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Şəhərin ən vacib məkanlarına 8 saatlıq şəxsi tur ilə səfər edin və Budapeştin mövcud və tarixi vəziyyəti ilə tanış olun!

What to expect
Komfortlu mikroavtobusunuza əyləşin və Budapeştin məşhur küçələrini professional sürücünüz və lisenziyalı tur bələdçinizlə birlikdə kəşf edin. Tur ərzində şəhər daxilində nəhəng bir dövrə vuracaq və ən görülməli məntəqələrlə tanış olacaqsınız.

Budapeştin ən hündür binası olan Müqəddəs Stefan Kilsəsindən başlayan tur ərzində Zəncir Körpüsünün üzərindən keçərək  Buda tərəfini kəşf etməzdən öncə Peşt daxilində Macarıstan Parlament Binasına doğru irəliləyəcək və məntəqədə bina memarlığı və tarixi ilə bağlı məlumatlandırılacaqsınız. Şəxsi bələdçiniz vasitəsilə keçdiyiniz bütün məntəqələr haqqında soruşun və istədiyiniz məntəqədə avtomobili dayandırıb şəhərin seyr edin. Unutmayın ki, şəxsi bələdçiniz şəhər haqqında geniş məlumatla xidmətiniz də olacaq. 

Buda tərəfinə keçdikdən sonra Qala ərazisində əsrlik yollarla qədim binaların arasından keçərək Peşt tərəfinə qayıtmazdan öncə Budapeştin ən hündür məntəqəsi sayılan və Peşt mənzərəsinin izlənilməsi üçün seçilə biləcək ən möhtəşəm yer
sayılan Gellert təpəsində istədiyiniz qədər vaxt keçirib şəkil çəkdirin. Qəhrəmanlar Meydanına çatdıqda isə yenidən bələdçinizdən Macarıstanın simvol qəhrəmanları haqqında bir-birindən təəccüblü faktlarla tanış olub şəhərin ən böyük ölçülü yaşıl ərazisində - romantik Şəhər Parkında gəzintinin dadını çıxarın. 

Şəhər turunun ardından Dunayda Gəmi Turuna çıxaraq öz naharınızı Buda ilə Peşt arasında edərək möhtəşəm keçmiş gündən zövq alaraq dincələ bilərsiniz.  Özünüzü mavi Dunayın qoynunda reallaşacaq möhtəşəm gəmi turuna hazırlamağı unutmayın. 
Gəmi turu Budapeştin simvolik körpüsü olan Zəncir körpüsü ətrafında başlayacaq. Macar Parlamentinin, Müqəddəs Stefan Bazilikasının, Böyük Bazar kompleksinin yanından ötüb keçərkən unudulmaz görüntünün şahidi olacağınıza zəmanət veririk. Margit adası ətrafında dövrə vurarkən məşhur aşpaz Peter Molnarkanın hazırladığı dadlı təamların dadı ilə tanış olacaqsınız. 
Təpəlik Buda tərəfinin önündən keçərkən gəmi göyərtəsindən bu anın həzzini çıxarmağı şiddətlə tövsiyyə edirik. Buda Qalası və Matiaş Kilsəsi kimi memarlıq abidələrinin təpəyə verdiyi gözəllik və əzəmət görülməyə dəyər. 
Bufet menyu seçimi ilə təqdim olunan nahar süfrəsini istifadə edərkən çox diqqətli olun və özünüz üçün desertə də yer saxlayın.
90 dəqiqəlik gəmi turu ərzində Budapeştin ən məşhur 6 körpüsünü görmə imkanını əldə edəcəksiniz. Bilet qiymətinizə daxil olan şərabın dadını çıxara bilər və ya günorta vaxtı alkoqol içki qəbul etməyə üstünlük vermirsinizsə sərinləşdirici içki və meyvə şirələri seçimindən yararlana bilərsiniz. 

Öz içkinizi götürərək gəmi göyərtəsinə qalxıb Zəncir Körpüsünün birləşdirdiyi qədim Buda tərəfini və orta əsrlər Peştinin nəfəs kəsən görüntüsünü izləməyi unutmayın.


Budapeşt təcrübənizi daha da zənginləşdirməküçün şəhərin ən məşhur təpələrindən birinə turu tamamlayın və qeyd olunan istiqmətlərdən seçin.


Daxildir:

  • Şəxsi tur və avtomobil
  • Şəxsi bələdçi
  • Nahar Yeməyi
  • 1,5 saatlıq gəmi turu
  • Salamlama İçkisi
  • Bir əlavə içki
        
Menyu
Cold entries
Spiced cottage cheese cream and traditional greaves cream
Soups
Alföld style goulash with small dumplings
Vegetable cream soup
Warm main courses
Mini stuffed cabbage
Traditional chicken leg „Paprikasch”
Roasted chicken breast with basil-cheese sauce
Spicy pork rib with thyme – mustard sauce
Roasted sea fish with Chardonnay sauce
Garnishes and vegetarian
Grilled polenta with feta cheese
Grilled vegetables
Homemade dumplings with spinach and mustard-mushroom sauce
Hash-brown potatoes
Steak potatoes
Dumplings
Salads
Fresh seasonal salads with dressings
Italian pasta salad
Caesar’s salad
Sweet corn salad with mayonnaise
Season fruit basket
Desserts
Home-made strudel
Somló style sponge cake
Mini tarts
Dessert variations Európa style
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik. Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallara cavab tapmaq üçün qeyd olunan nömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş olunur: +3630 659 7007

Başlanma vaxtı:

  • Tur 9:00-da başlayır 
  • Nahar Gəmi turu 14:00-da başlayır

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in