Bazilikada Orqan Konserti

More photos
From 18.00 EUR
Duration: 70 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Hər Cümə Axşamı günü Budapeştin mərkəzində - Müqəddəs Stefan Bazilikasında klassik melodiyalardan həzz alma fürsətini əldən verməyin.

What to expect
Budapeştin ən böyük kilsəsində, Müqəddəs Stefan Bazilikasında keçiriləcək möhtəşəm Orqan Konserti ilə Macarıstanın cəlbedici yeni bir tərəfini kəşf edin!
Budapeştin ən vacib simvollarından biri olan 100 illik kilsə, yerli və dünya klassiklərinin unudulmaz əsərlərini dinləyə biləcəyiniz unudulmaz bir Orqan Konsertinə ev sahibliyi edir.
Məşhur Macar orqan ifaçısı Miklos Telek, opera ifaçısı Kolos Kovats və ölkənin ən məşhur orkestrlarından olan Dunay Simfoniya Orkestrından istedadlı fleyta ifaçısı tərəfindən təqdim olunacaq səhnə çıxışları ilə 70 dəqiqəlik musiqi ziyafətinin dadını çıxaracaqsınız.

Musiqi bənzərsiz akustikası olan Müqəddəs Stefan Bazilikasının görkəmli qızılı tavanından sakit bir şəkildə axarkən, nə qədər doğru seçim etmiş olduğunuzun fərqinə varacaqsınız.  Macarıstanın ilk kralı və ölkənin qurucusunun adını almış bazilika, Budapeştin ən hündür və görkəmli binasıdır. Mənəvi dəyərlərlə musiqinin birləşdiyi 70 dəqiqəlik proqram ərzində bütün stress və problemlərinizi unudub özünüzü əsl musiqinin və rahatlığın əhatəsində hiss edəcəksiniz. Bu səmimi və möhtəşəm performansda iştirak edərək adlarını yuxarıda qeyd etdiyimiz üç yerli sənətçi tərəfindən təqdim olunacaq List, VivaldiBax kimi ən böyük macar və dünya şöhrətli bəstəkarların bəsdələdiyi əsərlərin həzzini yaşamağa tələsin. 

Budapeştin daha az tanınan simasını kəşf etmək üçün Macarıstanın tarixi və mədəniyyəti ilə birlikdə səyahətə çıxın!

Konsertin proqramı ilə buradan tanış ola bilərsiniz:
  • Antonio Vivaldi (1678-1741) -İohan Sebastyan Bax (1685-1750): Concerto in D minor BWV 596 (Allegro, Adagio, Allegro)
  • Tomaso Albinoni (1671-1751): Adagio
  • Alessandro Stradella (1639-1682): Pietá Signore
  • Volfqanq Amadeus Mozart (1756-1791): Andante in C major K 315
  • Frans Şubert (1797-1828): Ave Maria
  • List Ferenc (1811-1866): Fantasy & Fugue on the Theme B-A-C-H
  • Corcs Bizet (1838-1875): Agnus Dei
  • İohan Sebastyan Bax: Minuet and Badinerie from suite in B minor BWV 1067
  • İohan Sebastyan Bax: Toccata and Fugue in D minor BWV 565


Qeyd olunan qiymətə daxildir:

  • 70 dəqiqəlik Orqan konserti
  • İstəyə uyğun transfer xidməti
Transfer xidməti şərtləri:
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
Qeydolunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur.

[b]Transfer xidməti ilə bağlıyaranan suallar üçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş
olunur: +361 317 1377

Təcili bir haı baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş
olunur: +3630 659 7007

Konsertin baş tutacağı məkan:[/b]

Müqəddəs Stefan Bazilikası
(Budapeşt, Szent István meydanı 1) Deák Ferenc Metro Stansiyasından 5 dəqiqəlik məsafədə yerləşir və kilisənin qarşısında sizi qarşılayacaq insanlara yaxınlaşmağınız kifayətdir.

Konsertin başlanma vaxtı və müddəti:

Orqan Konserti saat 20:00-da başlayıb 70 dəqiqə müddətində davam edir.
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in