Buda Qalası Segway Turu

More photos
From 36.00 EUR
Duration: 60 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Tur sizə Budapeşti fərqli formada kəşf etməyə imkan yaradacaq. Qeyd etmək önəmlidir ki, təlim sessiyası turun müddətinə daxil deyildir və verilmiş müddət yalnız sizin turunuz üçün nəzərdə tutulmuşdur!

What to expect
Budapeştin ən qədim ərazilərindən olan qala ərazisini XXI əsrin icadı ilə kəşf etmək üçün əsl vaxtdır! Segway günlük nəqliyyat kimi uyğun sayılmayacaq bir icad olsa da, şəhər turları üçün yeni trendlərdən biri olaraq görünür. Elə isə tarazlığımızı saxlayaq və qala ərazisindəki bir saatlıq unudulmaz turumuza başlayaq!
Buda təpələrinin üzərində yerləşən qala ərazisinin daşlı yollarında iki təkər ilə əylənin və tarixi turu yeni və həyəcanverici şəkildə keçirin.  1000 illik Mattias Kilsəsinin yanındakı turist məlumat ofisində bələdçiniz və təlimçiniz ilə tanış olduqdan sonra başladılması və istifadəsi çox asan olan cihazla bağlı məlumatlandırılacaqsınız.
Kiçik tənzimləmələrdən sonra öz segwayinizi başladıb Balıqçı Qülləsindən əsrarəngiz təpənin köhnə şəhər mənzərəli yolları ilə öz turunuza davam edin. Buda qalası ətrafındakı möhtəşəm mənzərənin fərqinə varın və bələdçinizin köməyi ilə ərazi haqqında yaranan suallarınızın hamısına cavab tapın. Segwayinizi başladın və daha öncə heç gəzmədiyiniz kimi gəzin!

Turun marşrutu aşağıdakı kimidir:
  • Macar Tarix və Mədəniyyət Mərkəzi
  • Matyas Kilsəsi – Triniti Meydanı – Balıqçı Qülləsi
  • Yəhudi İbadət Evi – Viyana Qapıları – Hərb Muzeyi - Müqəddəs Magdalena Qülləsi
  • Tóth Árpád Cığırı - Görgey Artúr Meydanı
  • Buda Qalası – Milli Qalereya – Milli Kitabxana – Tarix Muzeyi – Matias Fəvvarəsi
  • Royal Sarayı – Turul quşu skulpturası - Funikulyor

Turun başlanma yeri: 

Budapeşt Turist İnformasiya Ofisi, Tarnok küçəsi 15, Triniti meydanı (Matyaş Kilsəsi, Deak Meydanından 16 nömrəli marşrutla əraziyə gəlmək mümkündür)

Turun başlanma vaxtı: 

09:00-18:00, hər gün

Göstərilən qiymətlərə daxildir:

  • Təlim və tur müddəti
  • Segway icarəsi
  • Foto-məntəqələrində fasilə
  • Istəyə bağlı transfer xidməti
Turun şərtləri:
  • Körpələr üçün əlverişli deyildir
  • 10 yaşdan aşağı uşaqlar və çəkisi 40 kq-dan az olan şəxslər turumuza qatıla bilməz. Valideynlər öz yeniyetməlik yaşına çatmayan övladları üçün öncədən razılıq haqqında sənəd imzalamalıdırlar. 
  • İştirakçıların fiziki cəhətdən məhdudiyyətlərinin olmaması arzuolunandır.
  • Segway 130 kiloqramdan artıq çəkiyə malik insanlar üçün əlverişli deyildir.
  • Öncədən rezervasiya etmiş və alkoqol qəbul etmiş heç bir iştirakçı tura qəbul olunmayacaq və ödənişi geri qaytarılmayacaq.
  • Segway turları 10 yaşdan yuxarı istənilən şəxs üçün uyğundur.
  • Təəssüf ki, Segway turu hamilə qadınlar üçün uyğun deyildir.

Transfer xidməti şərtləri:
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallarüçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş olunur: +3630 659 7007

Turun müddəti: 

1 saat və təlim sessiyası
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in