Budapeşt Axşam Velosiped Turu

More photos
From 10.00 EUR
Duration: 3 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Budapeştin ən vacib görməli yerlərindən keçəcək formada hazırlanan əyləncəli və rahadladıcı axşam velosiped turu ile şəhərin gözəlliyini pedallayaraq kəşf edin. Yenilikçi bir turla şəhərin mistik tarixini birlikdə araşdırın.


What to expect
Budapeştin original və ən məşhur velosiped turu, şəhərin turstik ərazilərinin çoxunu əsas yollar və velosiped yolları boyunca daha səmimi bir formada görmənin yenilikçi, əyləncəli, asan ve rahat yoludur. Şəhərə yeni gəldinizsə velosiped turu sizə tarixi vərəqləməyə, eləcə də şəhəri daha yaxşı formada tanımağınız üçün bənzərsiz bir şans verir.

Axşam turumuz rahat və çox düz bir marşrut seçmişdir və ümumilikdə Dunay Çayı sahilini əhatə edir. Ofisimizdən başlayaraq möhtəşəm Müqəddəs Stefan Bazilikasına getməzdən öncə Andrassy Bulvarında pedallayacaq, gözəl kilisəni və meydanı gördükdən sonra son Sovet qalıqlarından birinə və daha sonra Parlamentə baxmaq üçün Azadlıq meydanına gedəcəyik. Çay sahilindən UNESCO Dünya İrsinin gözəl mənzərəsini və Qala ərazisində yer alan Matthias Kilsəsi, Kral SarayıBalıqçı Sarayı kimi nöqtələri izləmək şansını əldə edəcəksiniz.Bələdçimiz turistik yerləri detallı olaraq izah edəcəkdir. Bu tərəflə işimizi yekunlaşdırdıqsa Margit körpüsü ilə Buda tərəfinə keçirik. Azadlıq körpüsündən Peşt tərəfinə keçmədən öncə çay sahili ilə velosiped sürərək Zəncir Körpüsü, Clark Adam meydanı, Elizabet körpüsü, Rudas Hamamları və məşhur Gellert Hotel və Termal mərkəzini seyrə dalacaq və lazımlı bütün məlumatları əldə edəcəksiniz. Son olaraq Andrassy Bulvarına geri dönmədən öncə Opera Binasını da yoxlamağı unutmamalıyıq.


Tur ərzində şəhər mənzərələri qaranlıqda görünəcək və şəhər işıqlandırması işə başladıqdan sonra bizə möhtəşəm fotolar çəkmək fürsətini verəcək.

Velosipe turumuz əsasən kiçik - 15 nəfərlikdir və bunun sayəsində münasibət qurmaq və sualları cavablandırmaq üçün daha çox vaxtımız qalır. 


Vacib məlumat:

İl boyunca tikinti, şəhər tədbirləri, festivallar və.s səbəblərlə əvvəlcədən xəbər vermədən tur proqramını dəyiştirmə hakkımız vardır. Şəhərin müəyyən ərazilərində keçirilən tədbirlər, festivallar və.s tur marşrutunu dəyişdirə bilər və biz bu işi ən az dəyişikliklə sonlandırmağa çalışırıq.

[size=3]Önəmli məlumatlar :

[/size]
  • İştirakçılar 3 saata yaxın müddətdə velosiped sürəcək qədər fit olmalıdırlar.
  • İştirakçılar necə velosiped sürüldüyünü bilməlidirlər.
  • Turlar hər cür hava şəraitində icra olunur. Xahiş edirik, hava proqnozuna uyğun geyimlərə üstünlük verəsiniz. Hava şəraitindən turda iştirak etməmək, ödənişinizin geri qaytarılması üçün keçərli səbəb deyildir. 

  • Öncədən qeyd olunmayan gecikmə və qəzaya hərhansı bir məsuliyyət daşımırıq. 
  • Alkoqollu içki qəbul etmiş şəxslər tura qatıla bilməz və geri ödəniş ala bilməz.
  • Şəhərdəki təmir, festival və.s tədbirlər səbəbi ilə tur marşrutunu xəbərsizcə dəyiştirmək kimi bir haqqa sahibik.

Qiymətə daxildir:

  • İngilis dilli tur bələdçisi
  • Velosiped icarəsi və baş geyimi (istəyə uyğun olaraq)
  • Foto ve suallar üçün dayanacaqlar

Başlanma saatı:

Hər gün 17:00 (20 Avqust xaricində)


Müddət:

  • Təqribən 3 saat

Toplanma nöqtəsi:
  • Absolute Tour Centre (Opera binasının arxasə)
H- 1065 Budapeşt, Lázár küçəsi 16
Meeting point

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in