Budapeşt "Böyük" Şəhər Segway Turu

More photos
From 61.00 EUR
Duration: 2 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Budapeştin mərkəzində iki təkərli tura çıxıb, şəhərin əsas küçələrindən keçərək turistik məkanları, abidələri və binaları kəşf etməyin əsl vaxtıdır! 

What to expect
Segway hər nə qədər gündəlik nəqliyat üçün ideal vasitə sayılmasa da, şəhər turu üçün əvəzolunmaz olaraq görünür!

Budapeşt Opera binasının qarşısında bələdçiniz və Segwayinizlə tanış oldunuzsa öz macəramıza başlaya bilərik. Kiçik təlim sessiyasından sonra öz tarazlığınızı qoruya bilirsinizsə, lazımi təhlükəsizlik tədbirləri və istifadə şərtləri ilə birlikdə, tur marşrutu ve müddəti ilə bağlı bütün məlumatları əldə edəcəksiniz. Tur ərzində şəhərin tarixi və turistik məkanları haqqında bələdçiniz tərəfindən bir-birindən maraqlı məlumatlar əldə edəcək, yaranacaq bütün suallarınıza cavab tapacaqsınız. 

Qəhrəmanlar Meydanına doğru tarixi Andrassy Prospektindən keçərkən şəhər mərkəzinin ən böyük parkının görkəmli gözəlliyi üçün özünüzü hazırlayın. MacarıstanBudapeşt tarixi haqqında qısa məlumatları əldə etdinizsə möhtəşəm Şəhər ParkıVajdahunyad Qalası ilə öz səyahətimizə başlaya bilərik.
Avropanın ən böyük termal mərkəzlərindən olan Szechenyi Spa-nı ziyarət etdikdən sonra şəhərin mərkəzinə doğru irəliləyəcəksiniz. Dunay çayı sahili boyu davam etdirəcəyimiz tur ərzində bir çox nöqtələrdə fasilə verib anı ölümsüzləşdirmək üçün bolluca foto, video çəkdirə bilərsiniz. Şəhərin ən görkəmli alış-veriş mərkəzlərindən olan Vörösmarty Meydanına doğru hərəkət edərkən, digər tərəfdə Buda QalasıBalıqçı Qalasına şahidlik etməyi unutmayın. 

Şəhərin yeni tərəfi sayılan Peşt tərəfini Buda ilə birləşdirən körpülərdən olan simvolik Zəncir Körpüsünü də ziyarət etdiksə turumuzun ən vacib nöqtəsinə getməyin vaxtı gəlib çatmışdır. Dunay sahili ilə Avropanın ən böyük parlament binalarından sayılan Macarıstan Parlament Binasının qarşısına hərəkət edərkən memarlığı və tarixi haqqında məlumatlandırılacaqsınız. 
Turumuzun son dayanacağı olaraq Müqəddəs Stefan Kilsəsi meydanının seçilməsi heç də təsadüf deyil. Budapeştin ən hündür binasının gözəlliyini müşahidə edərkən, bir tərəfdən də meydanın verdiyi genişlik imkanı ilə segway həzzinizi doya-doya yaşayacaqsınız. 

Budapeşti yeni perspektivdən kəşf edin və „Böyük Şəhər Segway Tour” ilə unudulmaz bir gün keçirin! 

[size=3]Qiymətə daxildir:

  • 20 dəqiqəlik təlim sessiyası
  • 2 saatlıq Segway turu
  • Ingilis dilli bələdçi
Başlama vaxtı:
  • Turlar seçilmiş vaxtlarda başlanır.
  • Toplanma vaxtı: seçilmiş vaxtdan 10 dəqiqə öncə
Müddət:
  • 120 dəq.
Toplanma məntəqəsi:
  • H - 1061, Budapest, Andrássy út 22
[/size]
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in