Budapeşt Fotoqrafiya Turu

More photos
From 120.00 EUR
Duration: 4 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Budapeşt hər qonağına özünü ən yaxşı formada göstərmək üçün sonsuz sayda foto-məntəqə imkanları yaradır. Sadəcə olaraq onları necə görməyiniz və necə ölümsüzləşdirməyinizdir əsas olan! Şəxsi bələdçiniz ilə həmin məntəqələri kəşf edərək, məntəqələrdən açılan mənzərəni ən ideal şəkildə kameralarınızın yaddaşına köçürmək imkanı verən proqram şəhərin qeyri-adi və maraqlı, rəngarəng turlarından sayılır!

What to expect
Təqdim olunan 4 saatlıq kiçik qrup turu sizi Qala ərazisi, Buda Qalası, Matyaş Kilsəsi, Balıqçı Qalası, Qəhrəmanlar Meydanı və yaşıllığı ilə göz oxşayan Şəhər parkının ən möhtəşəm məntəqələri ilə tanış edəcək!

Təcrübəli fotoqraf və ya bu işə yenicə başlamış həvəskar olmağınızdan asılı olmayaraq bu turun sizə fərqli təcrübə qazandıracağından və sizə əyləncəli 4 saat yaşadacağından əminik! Təcrübəli fotoqraf olan bələdçiniz sizlə öz biliklərini paylaşacaq, çərçivə, işıq kimi əsas tənzimləmələri etməyinizə köməklik göstərəcəkdir. Əlbəttə ki, hər bir fotoqraf üçün, portret şəkil çəkmək və daha sonradan fəxrlə onu başqalarına nümayiş etdirmək ən möhtəşəm hisslərdən biridir və sizi o hissi yaşayacağınıza dair əmin edirik!

Pulsuz olaraq, tur məntəqələrində çəkdiyiniz ən yaxşı fotoların yerləşdiriləcəyi kiçik albom da sizə təqdim olunacaqdır!

Fotoqrafiya turu otelinizdən və məntəqələrarası full transfer xidməti ilə təşkil olunur!
Tur hər gün 08:00-18:00 arası istədiyiniz vaxt keçiriləcəkdir.

Budapeştin ən yaxşı foto məkanlarında möhtəşəm mənzərələri ölümsüzləşdirməyə tələsin!

Qeyd olunan qiymətlərə daxildir:

  • Şəxsi Fotoqrafiya turu
  • Transfer xidməti
  • Professional bələdçi
  • Foto-albom
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik. Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallara cavab tapmaq üçün qeyd olunan nömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə ilə əlaqə saxlamanız xahiş olunur: +3630 659 7007

Turun başlama vaxtı: 

Tur hər gün 08:00-18:00 arası istədiyiniz vaxt təşkil olunur

Müddət:

4 saat

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in