Budapeşt Şəhər Kartı

More photos
From 22.00 EUR
Instant confirmation
Select date and participants
Please select...

Overview
Şəhər kartı Budapeştin ziyarətçiləri üçün xidmət və endirim paketlərini özündə birləşdirir. Budapeşt Şəhər kartının əsas məqsədi ziyarətçilərə muzeylərdə, spa mərkəzlərində, restoranlarda və bir sıra iaşə obyektlərində endirimlər paketi təklif etməkdir.

What to expect
Şəhər kartı Budapeştin ziyarətçiləri üçün xidmət və endirim paketlərini özündə birləşdirir. Budapeşt Şəhər kartının əsas məqsədi ziyarətçilərə muzeylərdə, spa mərkəzlərində, restoranlarda və bir sıra iaşə obyektlərində endirimlər paketi təklif etməkdir. Budapeşt kartını əldə etdikdə siz iki şəhər gəzinti turunu (Buda tərəf, Peşt tərəf), Lukács Termal hamamına giriş biletini, şəhər nəqliyyatından limitsiz istifadəni əldə edəcəksiniz. Budapeşt Şəhər Kartını əldə etdikdə həmçinin Budapeşt Tarix MuzeyinəMacarıstan Milli Qalereyasına da pulsuz keçid imkanını qazanacaqsınız. Şəhərin bir çox restoran və spa mərkəzində endirimli qiymətlərdən yararlana biləcəyiniz Budapeşt kartı sifariş etdiyiniz təqdirdə kart otelinizə pulsuz çatdırılacaqdır.

Budapeşt Şəhər Kartı aktiv olduğu müddət ərzində şəhər nəqliyyatından pulsuz limitsiz istifadəni təmin edir. 

Bununla yanaşı aşağıda adları qeyd olunan muzeylərə də bir dəfəlik pulsuz giriş kart tərəfindən təklif olunur.

Budapeşt Tarix Muzeyi
Macarıstan Milli Qalereyası
Macarıstan Milli Muzeyi
Aquincum Muzeyi və Arxeologiya Parkı
Kiscelli Muzeyi
Yeni Budapeşt Qalereyası
Vasarely Muzeyi
Mai Manó Evi - Şəkil Qalereyası
Robert Capa Müasir Fotoqrafiya Mərkəzi
Hopp Ferenc Şərqi Asiya Sənət Muzeyi
Bartók Béla Memorial Evi
Memento Parkı
Macarıstan Gömrük və Maliyə Muzeyi
Qeyd olunan muzeylər Bazar Ertəsi günü işləmir!

Muzeylərdən əlavəsiz Lukacs Termal Hamamı və Hovuzuna da bir dəfəlik giriş haqqını əldə edəcəksiniz. 
Kart sahibləri kartın aktiv olduğu müddət ərzində həmçinin iki pulsuz ingilis dilli şəhər gəzintisindən (Buda tərəf, Peşt tərəf) istifadə edə bilər. Şəhər turlarının başlama saatları və yerləri aşağıdakı kimidir. 

Hər gün saat 10:00, Váci küç.31. Molnár's Kürtőskalács (Peşt Turu)
Hər gün saat 14:00-da Qala ərazisində Trinity meydanının qarşısı (Buda Turu)
Hər tur 2 saat müddətində davam edir.

Bütün bunlara əlavə olaraq Budapeşt Şəhər Kartı sizə yüzlərlə iaşə obyektində (hamamlar, atraksiyonlar, kilsələr, muzeylər, restoranlar, şəhər turları, gəmi turları və.s) 10-50% endirim imkanı verir.

Hər bir kart qeyd olunan bütün xidmətləri ehtiva edir. Kartlar arasındakı yeganə fərq müddətdir.

Budapeşt Şəhər Kartının qiymətləri aşağıdakı kimidir:

  • 24 saatlıq Kart: 22 EUR
  • 48 saatlıq Kart: 33 EUR
  • 72 saatlıq Kart: 44 EUR
  • 72 saatlıq Kart (6-18 yaş arası uşaqlar üçün): 33 EUR
  • 96 saatlıq Kart: 54 EUR
  • 120 saatlıq Kart: 64 EUR

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in