Budapeştdə Mağara Turu

More photos
From 35.00 EUR
Duration: 3 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Gəzmək, dırmaşmaq - unikal bir mühitdə inanılmaz əyləncə! Budapeştdə termal sular, dırmaşmaq ve sürünmek yolu ilə kəşf edilə biləcək böyük bir yeraltı mağara sistemi yaradıb. 

What to expect
Macarıstanın paytaxtı Budapeşt termal suları ilə olduqca məşhurdur. Bir çox insan ölkəyə termal hamamları, spaları istifadə etmək üçün səyahət edir və onlardan çox az qısmi bu termal suların təbiətdə başqa təsirlər də yarada biləcəyindən agahdır. Budapeşti öz üzərində saxlayan əhəng tərkibli dağlarda yüzillərdir isti termal su uzunluğu 100 km - ə qədər çatan böyük mağara sistemi yaratmışdır. Təsadüfi deyil ki, Budapeşt termalları və mağaraları UNESCO tərəfindən qorunur. Budapeştdəki ən uzun mağara 20.1 kilometr uzunluğu ilə Pál-völgyi-Mátyás-hegyi mağara sistemidir və Duna-Ipoly Təbiət qoruğunda yerləşir. Tərkibindəki bir çox boşluq hissələrlə mağara tam olaraq təbii labirintdir və Budapeştdə əhalinin məskunlaşdığı ərazinin altı boyunca uzanır.

Əgər klastrofob deyilsinizsə, siz də təcrübəli bələdçimizlə gün boyu təşkil edilən turlarımıza qoşula bilərsiniz. 2,5-3 saatlıq tur müddətində davamlı olarak dırmaşmaq və dar nöqtələrdən sürünərək keçmək məcburiyyətində olacağınız üçün həyəcana tam olaraq hazır olun!

Bütün turlara bu sahədə təcrübəli rəhbərlər tərəfindən rəhbərlik edilir. Bütün lazımi ləvazimatlar - baş geyimi, üst geyim, fənər təmin edilir. Paltarlarınızı dəyişmək üçün dəyişmə otaqlarından istifadə edə bilər və şkaflara yerləşdirə bilərsiniz. Tur müddətində dırmaşmaq, əməkləmək, sürünmək lazım olsa da bu tura qoşulmaq üçün hər hansı bir təcrübəyə ehtiyac duyulmur.

Tur rəhbərləri Macarıstan Mağara Dərnəyinin təcrübəli və qanuni üzvləridir.

Vacib məlumat: Təhlükəsizlik səbəbi ilə bu tur 14 yaşdan aşağı və 55 yaşdan yuxarı insanlar üçün uyğun deyil.

Önəmli informasiyalar:
  • İştirakçılar fiziki olaraq 2 saat müddətində dırmaşmaq və sürünmək kimi hərəkətləri icra etmək qabiliyyətində olmalıdırlar.
  • Təhlükəsizlik səbəbi ilə bu tur 14 yaşdan aşağı və 55 yaşdan yuxarı insanlar üçün uyğun deyil. Bu kriteriyalara uyğun olmayan şəxslər tura qatıla bilməyəcək və hərhansı bir geri ödəniş edilməyəcək. 
  • Hər iştirakçı uyğun geyimlər və idman ayaqqabısı istifadə etməlidir. Üstü açıq ayaq geyimi, topuqlu qadın ayaqqabısı, sandal  geyim normalarına uyğun deyil və bu şəxslər tura qoşula bilməyəcək və hərhansı bir geri ödəniş edilməyəcəktir.
  • İştirakçılar tura giriş üçün razılıq ərizəsi imzalamalıdır. 
  • İştirakçılar 16-18 °C hava üçün uyğun geyimlər istifadə etməlidir. Üst geyim təşkilatçılar tərəfindən təmin ediləcək.
  • Tur müddətində hər hansı bir qəza halında təşkilatçı şirkət məsuliyyət daşımır.
  • 14 yaş altı uşaqlar üçün bu tur uyğun deyil.
  • Tələbə qiyməti ilə tura qoşulmaq üçün aktiv tələbə kartını turun başlanğıcında təşkilatçılara göstərməlisiniz.
Qiymətə daxildir:
  • Mağara bileti
  • Tur bələdçisi
  • Baş geyimi və fənər
  • Üst geyim 
Başlanma saatları:
  • 24-26 Dekabr və 31 Dekabr xarixində il boyu təşkil olunur.
  • 15:30 Bazar Ertəsi, Çərşənbə, Cümə
  • 10:30 Çərşənbə Axşamı, Cümə Axşamı
  • 14:30 Şənbə
Müddət:
  • 3-4 saat
Toplanmanöqtəsi:
  • Pál-völgyi Mağarası
H- 1025 Budapeşt, Szépvölgyi küç 162.
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in