Dunayda Kofe və Gəmi Gəzintisi

More photos
From 13.00 EUR
Duration: 90 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Kofe Gəmi Gəzintisi sizə çay sahilində yerləşən və şəhərin Parlament Binası, Zəncir Körpüsü, Buda Qalası, Gellert təpəsi və hamamı, Citadel və Qreşam Sarayı kimi ən vacib tikililərini görmə imkanını verəcək. Gəmi göyərtəsində keçirəcəyiniz vaxtda bir yandan içkinizi qurtumlarkən digər tərəfdən də şəhər panoramasının dadını çıxarın.

What to expect
Səhər vaxtı kofe və ya çay içmək bir çox insan üçün ilk ediləsi şeylərdəndir. Elə isə bu vərdişinizi gəmi gəzintisi ilə birləşdirib Budapeştin görməli yerlərini bir də bu perspektivdən görməyəsiniz? Bizim 90 dəqiqəlik Kofe Gəmi Gəzintisi təklifimiz qaçırılmayacaq imkanlardandır. Şəhərin tam mərkəzini əhatə edəcək olan gəzinti Budapeştdə öz görməli yer siyahınıza saldığınız əsas məkanları 90 dəqiqə ərzində müşahidə etməyinizə şərait yaradacaq. 7 Avropa ölkəsini birləşdirən və UNESCO tərəfindən qorunan Dunay çayındakı bu gəzinti sizə həm də kameralarınız və telefonlarınızla möhtəşəm fotolar çəkmə imkanını yaradacaq.   Qiymətə kofe, çay və ya meyvə şirəsi daxildir. Əlavə içki seçimləri və qəlyənaltılar gəmi barından ekstra ödənişlə təmin edilə bilər.

Qeyd olunan qiymətə daxildir:
  • 1 fincan kofe, çay və ya meyvə şirəsi
  • Dunayda Gəmi Gəzintisi
  • İstəyə bağlı transfer xidməti

Transfer xidməti şərtləri:
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallarüçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş
olunur: +3630 659 7007


Turun toplanma yeri və başlanma saatı:

Dunay Sarayı(Budapeşt H-1051, Zrínyi küçəsi 5)  Yeni barokko üslubunda tikilmiş sarı teatr binası Greşam Sarayının küncündə yerləşir. Yerləşdiyi küçənin sonu Bazilika meydanına çıxır. Proqramın adı yazılmış lövhə və sizə yardım edəcək əməkdaşlar binanın qarşısında sizi gözləyir. Proqramın başlanma vaxtı 12:00 olduğundan, bütün qonaqlarımızın 11:30-da Dunay Sarayının qarşısında olmalarını xahiş edirik. 

Turun müddəti: 

Tur 90 dəqiqə ərzində davam edir
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in