Dunayda Pivə və Gəmi Gəzintisi

More photos
From 19.00 EUR
Duration: 120 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Budapeştin ilk pivə dequstasiya gəmi turu sizə ölkənin böyük zövqlə seçilmiş pivələrini sizə təqdim edəcək. Təqdim edilən tur Macarıstanın pivə ənənələri ilə tanışlıq üçün qaçırılmayacaq imkanlardandır. 

What to expect
Pivə sevər və ya bu təcrübəni ilk dəfə yaşamanızdan asılı olmayaraq sizin damaq dadınıza uyğun pivə seçimimiz olduğuna zəmanət veririk. Ölkənin 5 ən məşhur pivəsinin təklif edildiyi sessiyada hamı özü damaq dadına uyğun olanını tapacaq və sessiyanın sonunda bizdən hədiyyə kimi onu əldə edəcək. Gəmi turu başladığı andan etibarən əməkdaşlarımız sizə xidmət göstərəcək və hər bir növün tarixi və məşhurlaşma dövrü ilə bağlı maraqlı məlumatlar verəcəkdir. Yarana biləcək bütün suallarınızı əməkdaşlarımızdan soruşmağı da unutmayın!

Fərqli pivə tiplərini içərkən yerli qəlyənaltıların də dadına baxmağa imkan tapacaqsınız. Alkoqol səviyyəsi olaraq ən yüngülündən başlayaraq ağırına doğru irəliləyəcəyimiz sessiyada hər bir pivədən 150 ml həcmində dadacaqsınız. 
Sonuncu seçiminiz isə istəyə bağlı olaraq dəyişəcək. Bu seçimdə siz giləmeyvə pivəsi "Black Currant Beer" və ya  güclü "Flemish Porter" seçimləri qarşısında heç də asan olmayan bir qərar verməlisiniz!
Dequstasiya bitdikdən sonra daha öncə daddığınız pivələrsən ən sevdiyinizi tam butulka şəklində bizdən əldə edəcəksiniz! 

Müddət ərzində pivənizi götürüb panoramik göyərtəmizə çıxıb şəhərin möcüzəli görüntüsünü seyr etməyi yaddan çıxarmayın


Göstərilən qiymətə daxildir: 

  • Gəmi Turu
  • Canlı Musiqi
  • Hər biri 150 ml olma şərtilə 5 növ Macar pivəsi və 1 pint pulsuz
  • İstəyə bağlı transfer xidməti
Transfer xidməti şərtləri: 
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallar üçün qeyd olunan nömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş olunur: +3630 659 7007

Toplanma məntəqəsi:

Dunay Sarayı (Budapeşt H-1051, Zrínyi küçəsi 5)  Yeni barokko üslubunda tikilmiş sarı teatr binası Greşam Sarayının küncündə yerləşir. Yerləşdiyi küçənin sonu Bazilika meydanına çıxır. Proqramın adı yazılmış lövhə və sizə yardım edəcək əməkdaşlar binanın qarşısında sizi gözləyir.


Başlanma saatları:
  • Gəmi turlarının başlanma saatları:  12:00 / 14:00 / 16.00 / 19:00 / 22:00 (Kış sezonu: 14:00 and 19:00.)
  • Toplanma saatı: 11:30 / 13:30 / 15:30 / 18:30 / 21:30 (Kış sezonu 13:30 and 18:30.)
Müddət:
  • 90 və ya  120 dəqiqə
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in