Dunayda Şərab və Gəmi Gəzintisi

More photos
From 30.00 EUR
Duration: 90 - 120 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Dunay çayında unudulmaz gəmi turunda, dünya şöhrətli Macar şərab mədəniyyəti nümunələrini yoxlayın. Gəmi turu və şərab dequstasiyası sessiyası ilə birlikdə ikiqat zövqü dadma fürsətini qaçırmayın.

Dunay gəmi turu sizə şəhərin Peşt tərəfindəki Parlament Binası, Stefan Bazilikası, Böyük BazarBuda tərəfindəki 
Buda Qala, Balıqçı Qalası ve Gellert Hamamı kimi möhtəşəm məkanları görmə imkanı verəcəkdir. 
Şəhəri bir-biri ilə əlaqələndirən və simvolik memarlıq nümunələrindən olan Zəncir, Elizabet ve Azadlıq körpüsünun altından keçərkən şərabınızdan dadaraq möhtəşəm şəhər görüntüsünü izləmə zövqünü yaşayacaqsınız.

Tanınmış Tokai şərabı kimi klassik şərablarla bütün Avropada bilinən məşhur şərabçılıq regionlarının unikal nümunələrindən bəzilərini dadmaq üçün yaradılmış bu unikal imkandan faydalanın. Gəmi turu ərzində sizə təklif olunacaq 7 fərqli şərab nümunəsi alkoqol faizinə əsasən ən azdan çoxa doğru sıralanacaq və bu onların dadını daha mükəmməl hiss etmənizə kömək edəcəkdir. 


Tur ərzində xüsusi əməkdaşlarımız tərəfindən hər bir növün yaranma, məşhurlaşma dövrü ilə yanaşı maraqlı və bilinməyən faktlar da sizinlə paylaşılacaqdır.

Təklif olunacaq şərab nümunələri:

  • Tokaji Furmint Grand Selection 4ml
  • Hilltop Premium Merlot
  • Juhász Blue Frankish Rosé
  • Bodri Szekszárdi Civilis Cuvée
  • Bárdos Pincészet Pinot Grigio
  • Tokaji Szamorodni Sweet  4ml
  • Tokaji Aszu 3 Puttonyos  4ml
Qeyd olunan qiymətlərə aşağıdakılar daxildir: 

  • Dadmaq üçün təklif ediləcək 7 növ şərab
  • Dunay Çayı Gəmi Turu
  • 19:00 və 22:00 gəmilətində canlı musiqi
  • İstəyə bağlı transfer servisi
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallarüçün qeyd olunannömrə ilə əlaqəsaxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə ilə əlaqə saxlamanız xahiş olunur: +3630 659 7007
Başlanma vaxtı: 

  • Gəmi turları qeyd olunmuş vaxtılarda başlayır: 14:00/19:00/22:00
  • Toplanma məntəqəsində görüş vaxtı: 13:30/18:30/21:30
[size=3]Müddət:

  • 90 və ya 120 dəqiqə

Toplanma məntəqəsi:

  • Dunay Sarayı (Budapeşt H-1051, Zrínyi küçəsi 5)  Yeni barokko üslubunda tikilmiş sarı teatr binası Greşam Sarayının küncündə yerləşir. Yerləşdiyi küçənin sonu Bazilika meydanına çıxır. Gəzintinin adı yazılmış lövhə və sizə yardım edəcək əməkdaşlar binanın qarşısında sizi gözləyir.
[/size]

What to expect
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in