Folklyor Şousu

More photos
From 22.00 EUR
Duration: 90 minutes
Accessible with wheelchair
Instant confirmation
Select date and participants
Please select...

Overview
Professional Macar Rəqs Birliyi ilə Dunay Sarayında keçirilən unudulmaz folkyor şousuna qatılaraq öz gecənizi unudulmaz edin.

What to expect
Keçmişdən gələn ənənələrin Macarıstan mədəniyyətinə, musiqidən səhnə nümayişlərinə, memarlıqdan incəsənətə qədər təcəssüm etmiş təsiri bu ərazi üçün özünəməxsus və xarakterikdir.  Proqram ərzində özünə xas folklyor və rəqs sənəti ilə bütünləşən Macarıstanın rəngli keçmişinə və mədəniyyətinə əylənərək bələd olacaqsınız.  Sizinlə birlikdə, keçmiş adət-ənənələrini qoruyan keçmiş Macar kəndlərinə, fərqli səhnə geyimlərinə və möhtəşəm rəqs performanslarına səfər edəcəyik. Şəhərin mərkəzində yerləşən və tarixi əhəmiyyətli Dunay Sarayının Qızıl teatr zalında keçirilən 90 dəqiqəlik proqram ölkənin ən prestijli xalq rəqs qruplarından üçü – "Macarıstan Dövlət Rəqs Birliyi""Rajko Rəqs Birliyi və Orkestrı" və "Dunay Rəqs birliyinin" səhnə və rəqs performanslarından ibarətdir. Səhnədə olacaq otuza yaxın rəqqası müşayət edən on dörd musiqiçinin ifası ilə Macarıstanın tarixi mədəniyyəti gözlərinizin önündə canlanacaq. Müharibədən şənlik və romantik janra qədər bütün növ rəqslərin daxil edildiyi nümayişdə rəqs qrupları tarixi Macar adət-ənənələrinin hamısından milli geyimlərlə çeşidli ünsürləri gözlər önünə sərir. Ümumi olaraq yerli adət-ənənələrlə maraqlanmasanız belə keçirəcəyiniz bu fərqli təcrübəni bəyənəcəksiniz. Şou ərzində original Macar musiqi aləti məşhur simbalomla tanış olub, musiqiçilərin virtuoz əsərləri ilə ovsunlayıcı həzzə qapılacaqsınız.  Özünüz və ailəniz üçün fərqli bir axşam planlaşdırın və Budapeşti fərqli perspektivdən kəşf edin.


Qeyd olunan qiymətlərə daxildir:

  • Folklyor Konsertinə giriş bileti
  • İstəyə bağlı transfer xidməti
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallarüçün qeyd olunannömrə ilə əlaqəsaxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş
olunur: +3630 659 7007


Proqramın baş tutacağı məkan və toplanma vaxtı:


Dunay Sarayı (Budapeşt H-1051, Zrínyi küçəsi 5)  Yeni barokko üslubunda tikilmiş sarı teatr binası Greşam Sarayının küncündə yerləşir. Yerləşdiyi küçənin sonu Bazilika meydanına çıxır. Proqramın adı yazılmış lövhə və sizə yardım edəcək əməkdaşlar binanın qarşısında sizi gözləyir. Proqramın başlanma vaxtı 20:00 olduğundan, bütün qonaqlarımızın 19:30-da Dunay Sarayının qarşısında olmalarını xahiş edirik. 

Proqramın müddəti:

Folklyor konserti: 90 dəqiqə (antrakt daxil)
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in