Folkyor Şousu + Szechenyi Spa Mərkəzi giriş bileti

More photos
From 40.00 EUR
Duration: 90 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
İstirahət, incəsənət və əyləncə. Xaricə gedərkən hər üçü eyni əhəmiyyətə malikdir. İndi bir paketdə eyni yerdə onları əldə edə bilərsiniz!

What to expect
Macar incəsənət nümunələrinin (rəqslərin, musiqilərin, şouların) təqdim ediləcəyi Folkyor proqramına qatılaraq ölkə incəsənəti haqqında ümumi təsəvvürə yiyələnəcəksiniz. 

Şəhər üçün tarixi baxımdan əhəmiyyətli Dunay Sarayının Qızıl teatr salonunda təşkil olunan 90 dəqiqəlik rəqs tamaşası, ölkənin ən prestijli rəqs qruplarından üçü, dünya şöhrətli məşhur "Macar Dövlət Rəqs Birliyi""Rajko Rəqs Birliyi və Orkestri" və "Dunay Rəqs Birliyinin" səhnə və rəqs performanslarından ibarət olacaqdır. Rəqs birliyinin otuza yaxın rəqqasına müşayət edən on dörd musiqiçi Macarıstanın mədəniyyətindən sizi agah edəcəkdir. Müharibədən mərasim və romantik tərzə qədər rəqslərin proqrama daxil edildiyi tamaşada, dans qrupları, tarixi Macar adət-ənənələrinin hamısından milli geyimlərlə çeşidli ünsürləri gözlər önünə sərir.

Ümumi olaraq yerli adət-ənənələrlə maraqlanmasanız belə keçirəcəyiniz bu fərqli təcrübəni bəyənəcəksiniz. Şou ərzində original Macar musiqi aləti məşhur simbalomla tanış olacaq və musiqiçilərin virtuoz əsərləri ilə ovsunlayıcı həzzə qapılacaqsınız. 

Szechenyi Spa mərkəzi, öz qaynağını Qəhrəmanlar Meydanının altında yerləşən şəhərin mərkəzi termal bazasından alır. Bu gizli xəzinə, I-V əsrlərdən Budapeştdə öz hamam mədəniyyətini inkişaf etdirən Qədim Roma İmperatorluğundan başlayaraq, tarix boyunca müxtəlif mədəniyyətləri özünə cəlb etməkdədir. Macarıstanın geniş termal su imkanları yalnız bədən terapiyalarına kömək etməklə qalmayıb, fərqli stil və mədəni ünsürlərdən ibarət olan çox çeşidli bir sistemdir. Avropanın ən böyük termal su mərkəzində növbəsiz keçid imkanından yararlanaraq keçirəcəyiniz vaxtdan həzz alın və çoxsaylı müalicə və masaj imkanlarından faydalanın!

I love Spa paketini seçərək hoteldən Spa mərkəzinə transfer və bütün hamam vasitələrini əldə etmək imkanından yararlanın və yalnız çimərlik geyiminizi götürüb gəlin!

Bilet bütün gün üçün keçərlidir və kabin istifadəsi üçün nəzərdə tutulmuşdur. Girişdə sizə verilən elektron qolbaqlar sayəsində giriş edəcək, öz kabininizi məhz bu qolbaqlar sayəsində bağlayacaqsınız. Szechenyi spanın xidmət saatları 22:00-a qədərdir. Hungaria Koncert stendi 09:00-18:00 arası xidmət göstərir. Giriş vaxtları bu aralıqda olmaq şərtilə Spa mərkəzini 22:00-a dək istifadə edə bilərsiniz. 


Qiymətə daxildir:

  • Macar Folklyor Şousu giriş bileti
  • İstəyə bağlı transfer xidməti
  • Full gün Szechenyi spa giriş bileti


[b]Başlama vaxtı:

[/b]
  • Folklyor Şousu 20:00-da başlayır 
  • Toplanma vaxtı: 19:30
  • Hungaria Koncert stendi Bazar Ertəsi - Bazar 09:00 - 18:00. Biletiniz saat 22:00-a - Spa mərkəzinin bağlanma saatına qədər aktivdir. 

Müddət:
  • 90 dəq.
Teatr/Toplanma məntəqəsi:
  • Dunay Sarayı
 H - 1051, Budapest, Zrínyi küç. 5

Toplanma məntəqəsi 2:

  • Széchenyi Spa
H - 1146, Budapest, Állatkerti prospekti. 9-11
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in