Gellért Spa növbəsiz-keçid giriş bileti

More photos
From 19.00 EUR
Instant confirmation
Select date and participants
Please select...

Overview
Gellert təpəsini keçərək, Budapeştin ustalıqla dizayn olunmuş memarlığı ilə göz qamaşdıran ən yaxşı  hamamlarından birində  vaxt keçirməyi unutmayın!

What to expect
Osmanlı İmperiyası Macarıstanın termal su mənbələrindən yararlanaraq Orta Əsrlər ərzində Budapeştin spa xidmət səviiyyəsini yeni bir səviyyəyə qaldırmış və bu torpaqlarda o vaxt üçün fərqli sayılacaq hamam mədəniyyətinin əsasını qoymuşdur. Gellert, 100 il əvvəl görkəmli Secession üslubunda inşa edilən şəhərin ən məşhur Türk hamamlarındandır. Bina, Gellert oteli ilə birlikdə, 1900-cu illərin atmosferini qoruyur və şəhərin əsas simvollarından biri olaraq qəbul olunur.

Dəyişən dövrün tələb və təklifinə uyğun olaraq bu tarixi memarlıq nümunəsində  də son 10 il ərzində ənənəvi hamam mədəniyyəti spa ənənələri ilə uyğunlaşdı və termal mərkəz olmasına baxmayaraq masaj terapiyaları, fizioterapiya seanslarının da verildiyi  cəzbedici turistik məkana çevrildi.
Gellertin lüks masaj otaqlarında ve xüsusi hamam mərkəzlərində bir çox xidmətdən və müalicədən həzz alaraq şəhərin ən görkəmli spa mərkəzinin divarları arasında unudulmaz bir təcrübə yaşayın. 8 termal hovuz, idman hovuzu və açıq havada yerləşən termal hamamı olan Gellert hər mövsüm üçün uyğun bir mərkəzdir. Açıq havada olan dalğa hovuzunda əylənərək spa hovuzlarında üzməyi yaddan çıxarmayın! Çox çeşidli buxar otaqları, xüsusi lavanda müayinəsi və çox sayda müalicə xidməti ilə yanaşı profesional massajçılar da, Gellertin bəzədilmiş divarları içərisində keyfiyyətli, sağlıqlı bir təcrübəyə zəmanət verir.


Səfərinizin asanlığı üçün təklif edəcəyimiz xüsusi transfer servisi ilə otelinizdən spa mərkəzinə qədər rahat və lyuks maşınlarımız və gülərüz əməkdaşlarımızla birlikdə daima xidmətinizdəyik.

Macarıstanın ən vacib “görülməli”lər siyahısında yer almış Gellert Spada istirahət və əyləncə dolu bir gün keçirmədən şəhəri tərk etməyi düşünməyin!

Təklif etdiyimiz “I love spa” məhsulu ilə önəmli hamam ləvazimatlarını əldə edin.
Daxildir
  • Kabin istifadəli giriş bileti
  • I love Gellert Spa towel
  • Ayaq geyimləri
  • Duşgeli
  • Mineral Su

Təklif olunan standart masaj növləri:

  • 20 dəqiqəlik Termal masaj
  • 45 dəqiqəlik Aroma masaj
  • 20 dəqiqəlik sakitləşdirici Baş masajı
  • 20 dəqiqəlik sakitləşdirici Ayaq masajı

VIP masajlar:

  • 20 dəqiqəlik Royal Termal masaj
  • 60 dəqiqəlik Harmoniya Aroma masajı
  • 60 dəqiqəlik Macar Müalicə masajı (Növlər:Mt. Matradan bitki tərkibli, Macar Palçıq Terapiyası, Macar Şərab terapiyası)

Romantik Paket:
Daxildir
60 dəqiqəlik Harmoniya Aroma sakitləşdirici masaj ( cütlük üçün)

Gellert Spa Şəxsi Hamamı 
Ünvan:Gellert Spa, Ornamentli Hamam Zalı

Müddət: 3 saat

Şəxsi hamama şampan, meyvə və şəxsi sauna daxildir.

Dunayda Şam Yeməyi Gəmi Turu (canlı musiqi ilə)

Başlama vaxtı: 19:00
Müddət: 2 saat
Toplanma məntəqəsi: Dunay Sarayı (1051, Budapeşt, Zrinyi küç.5)

Qiymətə Daxildir:

  • Kabin və ya dolab seçimi ilə günlük giriş bileti
  • Seçim imkanı ilə I love Spa paketi
  • Seçim imkanı ilə masaj 
  • Seçim imkanı ilə hoteldən transfer
Hungaria Koncert məlumat-bilet məntəqəsinin iş saatları:

Bazar ertəsi - Bazar: 09:00 - 18:00. Biletiniz kompleksin bağlanma saatı olan 20:00 -a qədər keçərlidir. 
Əgər öncədən seçilmiş masaj sessiyanız varsa, başlama vaxtından 40 dəqiqə öncə Spa mərkəzində olmağınızı sizdən xahiş edirik.
Masaj növlərini Spa mərkəzində yerindəcə sifariş vermək mümkündür.


Gellért Spa-nın ünvanı:

  • Budapeşt, Kelenhegyi küç.4, H-1118
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in