Gəmi Turu (yalnız içki seçimi ilə)

More photos
From 17.00 EUR
Duration: 90 - 120 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Yerli və beynəlxalq musiqilərin canlı olaraq ifa edildiyi gecədə içkinizi qurtumlayaraq öz gecə işıqları ilə gözəlliyinə gözəllik qatan Budapeşti tam mərkəzdən, Dunay çayından izləyin. Gəmimizin açıq panoramasından şəhərin ətrini duyaraq buraya bir də qayıdacağınıza dair özünüzə söz verin. 

What to expect
Dunay çayının sehirli görüntüsü ilə Budapeşt axşamlar xüsusi gözəldir. 7 Avropa ölkəsindən keçənUNESCO tərəfindən qorunan çay Budapeştin mirvarisi, şəhərin əsas gözəllik mənbəyi sayılır. Birbirinə bağladığı BudaPeşt tərəfləri heç şübhəsiz ki, onunla birləşərək harmoniya yaradıb şəhəri mistik gözəlliyini əmələ gətirir.

Təklif etdiyimiz gəmi turu ərzində Budapeştin sol və sağ tərəflərində yerləşən Parlament Binası, Royal Sarayı, Gellert təpəsihamamı, şəhəri birləşdirən 6 simvolik körpüBuda qalası, Balıqçı bastionu kimi digər önəmli memarlıq nümunələrinə şahidlik edəcəksiniz. Gəmi turumuz şəhərin ən qədim və simvolik Zəncir körpüsündən başlayacaq. Təqdim olunacaq salamlama içkisi (şampan və ya meyvə suyu) ilə turumuza başlayacaq, ardından istəyinizə uyğun digər içki növünü seçə biləcəksiniz. 

Bütün gəmi turu ərzində Rajko Qaraçı Orkestrinin 3 musiqiçisinin canlı ifalarını dinləmə imkanı əldə edəcəksiniz. Bu müddətdə macar musiqi aləti olan cimbalom da sizə nümayiş etdiriləcəkdir.

Gəmidə keçirdiyiniz müddət ərzində göyərtədən şəhərə açılan möhtəşəm panoramanı izləməyi unutmayın. 

Qeyd olunan qiymətlərə daxildir:
  • Bir qədəh şampan və digər bir növ içki: sərinləşdirici içki, şərab və ya pivə
  • Dunayda 1,5 saatlıq gəmi turu
  • Canlı Musiqi (19:00, 22:00 turları üçün)
  • İstəyə uyğun transfer xidməti
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 
Transfer xidməti ilə bağlı yaranan suallarüçün qeyd olunan nömrə ilə əlaqəsaxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş olunur: +3630 659 7007
Başlanma vaxtı: 
  • Gəmi Turlarının başlanma vaxtı: 14:00/19:00/22:00
  • Gəmi Turları üçün toplanma vaxtı: 13:30/18:30/21:30

Müddət:
  • 90 dəq. və ya 120 dəq.

Toplanma məntəqəsi:
  • Dunay Sarayı
H-1051, Budapest, Zrínyi küç. 5
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in