"I Love Spa" Paketi ilə Szechenyi Spa mərkəzi giriş bileti + Gundel Restoranında Nahar yeməyi

More photos
From 116.00 EUR
Instant confirmation
Select date and participants
Please select...

Overview
Tək Macarıstanın yox, Dünyanın ən məşhur Spa mərkəzlərindən olan Szechenyi Spada unudulmaz istirahət dolu saatlar yaşadıqdan sonra, ən azı onun qədər məşhur, şəhərin ən yaxşı restoranlarından olan Gundel Restoranında şam yeməyi yeməkdən daha yaxşı nə ola bilər?

What to expect
Budapeşt Şəhər Parkı Qəhrəmanlar Meydanı, Mərkəzi Şəhər Zooparkı, Avropanın görkəmli Spa mərkəzi Szechenyi Spanı və şəhərin ən ekstravaqant restoranlarından olan Gundel restoranını öz sərhədi daxilinə alır. 

Təklif edilən eksklüziv paketlə Szechenyi Spada xüsusi giriş ilə VIP növbəsiz-keçid ,"I Love SPA" paketi imkanlarından yararlanacaq və Gundel Restoranında böyük endirimlə nahar etmək imkanını əldə edəcəksiniz. 

Szechenyi Spa 18 hovuz, çoxsaylı sauna və steam otaqları, üzgüçülük və termal hovuzları hamamları ilə hər kəsin zövqünü oxşaya biləcək imkanlara malikdir. 

Artıq özünüzü həm fiziki həm də əqli olaraq tam rahatlamış hiss edirsinizsə, əməkdaşımız sizi sadəcə bir neçə addımlıqda yerləşən Gundel Restoranına müşayiət edə bilər. 

100-dən çox yaşı olan restoran müxtəlif tarixi dəyişikliklər və müharibələrdən keçərək bir neçə dəfə dəyişən sahiblər sayəsində günümüzə qədər qorunub saxlanmışdır. Daxili dizaynı orijinal ənənələrə uyğun qorunub saxlanan məkan sizi restoranın keçdiyi periodlara apararaq onun unikal gözəlliyini göz önünə gətirəcək. 

Gundel Restoranı Macarıstanda və beynəlxalq arenada təsis olunan Budapeştin ən yaxşı restoranıMichelin "Guide Recommendation", "Hungarian Heritage Award" kimi bir çox mükafatların laureatıdır. 2014-cü ildə restoran "Hungarikums" - ən unikal və dəyərli məkanları siyahısına daxil edilmişdir. 

Gundel Restoranının möhtəşəm atmosferində, 3 növ yeməklə birlikdə 3 növ içkinin dadına baxa biləcəksiniz. Gundel Restoranı ölkənin ən istedadlı aşbazlarının hazırladığı yeməklər üçün ən təzə inqredientlərin seçilməsinə verdiyi xüsusi önəmlə məşhurdur. Bu paket üçün xüsusi seçilmiş və Macarıstan kulinariyasının ən seçkin yeməkləri və içkilərini kəşf edərək ekslüziv menyudan həzz alın!

Paketə daxil olan məkanları, eyni gündə ziyarət etmək şərt deyil və öncədən qeyd edəcəyiniz təqdirdə bu məkanlara fərqli günlərdə giriş edə bilərsiniz. 



Qeyd olunan qiymətlərə daxildir:

  • Szechenyi Spa mərkəzinə full-gün giriş bileti (kabin istifadəsi ilə)
  • "I love Spa" paketi (I love Spa dəsmalı, Oreantasiya və ümumi bələdçilik, ayaq geyimi, Üzmə başlığı, Şampun və duş geli, 0,5 l Mineral Su)
  • Gundel Restoranında Nahar Yeməyi
  • İstəyə uyğun transfer xidməti 
Menyu
  • Glass of Törley Gála sec sparkling wine/ soft drink
  • Forest mushroom cappuccino with crispy noodles and truffle oil
  • Crispy Pike-perch from Lake Balaton with parsley-seasoned potatoe mousse, poached crab and asparagus velouté
  • OR
  • Medallions of tenderloin of pork and “Lecsó” Gundel Style with boiled-baked potatoes
  • Dark Chocolate Royal with passion fruit and quince cream
  • Mineralwater 0,33l
  • Coffee
  • Transfer xidməti şərtləri
    • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik. Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
    • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
    • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
    • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
    • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
    • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
    • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

    Transfer xidməti ilə bağlı yaranan suallara cavab tapmaq üçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

    Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş olunur: +3630 659 7007

    Proqramların başlama vaxtı:

    Hungaria Koncert bilet stendi Szechenyi Spanın əsas girişində yerləşir ( Mərkəzi Şəhər Sirki ilə üzbəüz)
    Stend 09:00-18:00 arasl xidmət göstərir. Spa mərkəzi saat 22:00 - a qədər açıqdır lakin, stendin işləmə saatına uyğun olaraq mümkün olan ən gec giriş 18:00-dır. 

    Müddət:

    Szechenyi Spa bileti tam günlük biletdir və 09:00-dan 22:00-a qədər istifadə oluna bilər. Spa mərkəzinə son mümkün giriş vaxtı 18:00-dır.

    Məkanlar:

    • Szechenyi Spa mərkəzi - H - 1146, Budapest, Állatkerti krt. 9-11
    • Gundel Restoranı - Budapest, Gundel Károly út 4, 1146
    Meeting point

    What others are saying (0 Reviews)
    No one has left a review so far!
    Log in