Macar Folkyor Şousu və Şam Yeməyi & Gəmi Gəzintisi

More photos
From 39.50 EUR
Duration: 180 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Əyləncəli folklyor dans şousu sizlərə macar folklyor mədəniyyətini tanımaq üçün unikal şans verir. Şounun ardından şam yeməyi və ya içki seçimi ilə təqdim edilən unudulmaz gəmi gəzintimizdə şəhərin nəfəs kəsən mənzərəsini seyr edin.

What to expect
Original Milli Macar gecəsini bizim təklif etdiyimiz incəsənət paketi ilə yaşayın!

Macar Mədəniyyəti yüzillərdir ucqar ərazilərdə yaranan və bənzərinə az rast gəlinən zəngin xalq mirasına əsaslanır. Macar Xalq Rəqslərinin sizin üçün təklif etdiyi folk şounu izlədikdən sonra Dunay çayında iki saatlıq şam yeməyi ziyafətində ənənəvi Macar yeməklərinin dadına baxaraq gecənizi unudulmaz edin. 
Şəhər üçün tarixi baxımdan əhəmiyyətli Dunay Sarayının Qızıl teatr salonunda təşkil olunan 90 dəqiqəlik rəqs tamaşası, ölkənin ən prestijli rəqs qruplarından üçü, dünya şöhrətli məşhur "Macar Dövlət Rəqs Birliyi", "Rajko Rəqs Birliyi və Orkestri""Dunay Rəqs Birliyinin" səhnə və rəqs performanslarından ibarət olacaqdır. Rəqs birliyinin otuza yaxın rəqqasına müşayət edən on dörd musiqiçi Macarıstanın mədəniyyətindən sizi agah edəcəkdir. Müharibədən mərasim və romantik tərzə qədər rəqslərin proqrama daxil edildiyi tamaşada, dans qrupları, tarixi Macar adət-ənənələrinin hamısından milli geyimlərlə çeşidli ünsürləri gözlər önünə sərir.

Ümumi olaraq yerli adət-ənənələrlə maraqlanmasanız belə keçirəcəyiniz bu fərqli təcrübəni bəyənəcəksiniz. Şou ərzində original Macar musiqi aləti məşhur simbalomla tanış olacaq və musiqiçilərin virtuoz əsərləri ilə ovsunlayıcı həzzə qapılacaqsınız. 

Rəqs tamaşasının ardından davam edəcək Dunay Şam Yeməyi Gəmi Turu sizi çayın hər iki sahilindəki şəhər memarlıq nümunələri ilə baş-başa buraxacaq.
90 dəqiqəlik səfər müddətində Budapeştin ən gözəl körpülərinə - parlayan işıqları ilə simvolik olan Zəncir Körpüsü, Azadlıq KörpüsüElizabeth Körpüsü kimi memarlıq nümunələrinə şahid olacaqsınız. Rajko Rəqs və Musiqi Birliyinin istedadlı musiqiçiləri tərəfindən ifa edilən əsərlərin müşayəti altında yerli Macar mətbəxinin ləzzətlərini dadacaqsınız.
Səfər, proqramdan öncə Macar yeməklərini kəşf edənlər üçün “yeməksiz” seçimlə də təşkil oluna bilər. Şərab Dequstasiyası Gəmi Turunda məşhur Macar şərablarını dadın və ya beş ayrı yerli pivəni qurtumlayarkən Budapeştdə keçirməkdə olduğunuz vaxtın dadını çıxarın və bol-bol şəkil çəkdirməyi unutmayın!

Qeyd olunan qiymətlərə daxildir:

  • Folklyor Konsertinə giriş bileti
  • Dunay Gəmi Turu
  • Gəmi turu ərzində canlı musiqi müşayiəti
  • Şam Yeməyi ( və ya istəyə uyğun seçimlər)
  • İstəyə bağlı transfer xidməti

Transfer xidməti şərtləri:
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallar üçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir haı baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş olunur: +3630 659 7007

Proqramın baş tutacağı məkanlar və toplanma vaxtı:


Dunay Sarayı (Budapeşt H-1051, Zrínyi küçəsi 5)  Yeni barokko üslubunda tikilmiş sarı teatr binası Greşam Sarayının küncündə yerləşir. Yerləşdiyi küçənin sonu Bazilika meydanına çıxır. Proqramın adı yazılmış lövhə və sizə yardım edəcək əməkdaşlar binanın qarşısında sizi gözləyir. Proqramın başlanma vaxtı 20:00 olduğundan, bütün qonaqlarımızın 19:30-da Dunay Sarayının qarşısında olmalarını xahiş edirik. Şam yeməyi Gəmi turunun başlanma saatı 22::00-dır və konsertdən sonra əməkdaşlarımız sizi gəmiyə qədər müşayiət edəcəkdir. 

Proqramın müddəti:

Folklyor konserti: 90 dəqiqə (antrakt daxil)
Dunayda Gəmi Turu: 90 dəqiqə
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in