Macarıstan Parlamenti Turu və Folkyor Şousunun ardından Dunayda Gəmi Turu (içki seçimi ilə)

More photos
From 50.00 EUR
Instant confirmation
Select date and participants
Please select...

Overview
Budapeşt səyahətinizi dünyanın ən böyük parlament binalarından olan Macarıstan Parlament binasına səfər edərək , tarix, incəsənət və nəfəs kəsən şəhər mənzərəsinin kombinasiyasından zövq alaraq tamamlayın!

What to expect
Dünyanın üçüncü ən böyük parlament binası olan Macarıstan Parlament Binası 1904-cü ildə İmre Şteindl tərəfindən özünəməxsus Eklektik üslubun Neo-Gothic detallarla kombinasiyası ilə dizayn edilmiş, şəhərin ən məşhur və ən böyük binası statusunu daşıyır. Parlament turları hər gün saat 10:00-dan etibarən başlayır və siz qeyd olunmuş tur zamanlarından istədiyinizi seçə bilərsiniz, lakin turun ardından Folklyor Şousuna gedə biləcəyinizdən əmin olun. Təcrübəli bələdçilərimiz sizi Parlament binasının nəhəng divarlarının arasında müşayət edərkən binanın tarixi, cari istifadə statusu və digər maraqlı informasiyalarla məlumatlandıracaq. Tur çərçivəsində sizin hətta milli məclis binasını görmə və Müqəddəs tacın və digər tarixi zərgərlik nümunələrinin sərgiləndiyi əraziyə keçmək imkanını əldə edəcəksiniz. 

Bu unudulmaz Parlament turunun ardından, axşamüstü Macar incəsənət nümunələrinin (rəqslərin, musiqilərin, şouların) təqdim ediləcəyi Folkyor proqramına qatılaraq ölkə incəsənəti haqqında ümumi təsəvvürə yiyələnəcəksiniz. 

Şəhər üçün tarixi baxımdan əhəmiyyətli Dunay Sarayının Qızıl teatr salonunda təşkil olunan 90 dəqiqəlik rəqs tamaşası, ölkənin ən prestijli rəqs qruplarından üçü, dünya şöhrətli məşhur "Macar Dövlət Rəqs Birliyi""Rajko Rəqs Birliyi və Orkestri" və "Dunay Rəqs Birliyinin" səhnə və rəqs performanslarından ibarət olacaqdır. Rəqs birliyinin otuza yaxın rəqqasına müşayət edən on dörd musiqiçi Macarıstanın mədəniyyətindən sizi agah edəcəkdir. Müharibədən mərasim və romantik tərzə qədər rəqslərin proqrama daxil edildiyi tamaşada, dans qrupları, tarixi Macar adət-ənənələrinin hamısından milli geyimlərlə çeşidli ünsürləri gözlər önünə sərir.

Ümumi olaraq yerli adət-ənənələrlə maraqlanmasanız belə keçirəcəyiniz bu fərqli təcrübəni bəyənəcəksiniz. Şou ərzində original Macar musiqi aləti məşhur simbalomla tanış olacaq və musiqiçilərin virtuoz əsərləri ilə ovsunlayıcı həzzə qapılacaqsınız. 

Rəqs tamaşasının ardından davam edəcək Dunay Gəmi Turu sizi çayın hər iki sahilindəki şəhər memarlıq nümunələri ilə baş-başa buraxacaq. 90 dəqiqəlik səfər müddətində Budapeştin ən gözəl körpülərinə - parlayan işıqları ilə simvolik olan Zəncir KörpüsüAzadlıq Körpüsü və Elizabeth Körpüsü kimi memarlıq nümunələrinə şahid olacaqsınız. Rajko Rəqs və Musiqi Birliyinin istedadlı musiqiçiləri tərəfindən ifa edilən əsərlərin müşayəti altında yerli və beynəlxalq içkilərin dadına baxmaq imkanı qazanacaqsınız. 

Macarıstan paytaxtında unudulmaz gün yaşama imkanını qaçırmayın!

Vacib məlumatlar: 

  • Siz qeyd olunan proqramdakı hər hissə üçün ayrı-ayrılıqda oteldən transfer xidmətini sifariş edə bilərsiniz. Transfer xidmətinin qiyməti 12 avrodur. Nəzərinizə çatdırmaq istərdik ki, hotelə transfer təmin olunmur. 
  • Daxil olunan proqramlara alınmış biletlərin tarixləri dəyişilə bilməz və qonağın gəlmədiyi və gecikdiyi təqdirdə ödənilmiş məbləğ geri qaytarılmır. Eyni şərt transfer xidməti üçün də keçərlidir. 
Qeyd olunan qiymətlərə daxildir:

  • Macarıstan Parlament Binası turuna bilet
  • Kossuth Muzey Gəmisinə giriş bileti ( 12:00-dan 22:00-a dək)
  • Grof Szechenyi Muzey Gəmisinə giriş bileti ( 10:00-dan 13:30-a dək)
  • Folklyor Şousuna giriş bileti
  • 1,5 saatlıq Dunay Gəmi Turu
  • Gəmi Turu ərzində canlı musiqi müşayəti
  • Salamlama içkisi
  • İstəyə uyğun digər içki
Proqramların başlanma saatları: 

Parlament turları
  • Macar dili: 10:45, 14:00
  • İngilis dili: 10:00, 12:00, 12:30, 13:30, 14:30, 15:30
  • Fransız dili: 11:00, 14:00
  • Yəhudi dili: 12:45
  • Alman dili: 10:00, 13:30, 14:30
  • Rus dili: 12:30, 15:30
  • İtalyan dili: 10:30, 13:45, 14:45, 15:45
  • İspan dili: 10:30, 13:45, 14:45, 16:00
  • Folklyor Şousu: 20:00
  • Folklyor Şousu üçün toplanma vaxtı: 19:30
  • Gəmi turunun başlanma vaxtı: 22:00

  • Məkanlar:

    • Parlament Turist Mərkəzi 
            H - 1055 Budapest, Kossuth Lajos tér 1-3.

    • Dunay Sarayı
            H - 1051, Budapest, Zrínyi u. 5 
    Meeting point

    What others are saying (0 Reviews)
    No one has left a review so far!
    Log in