Milad Axşamı Şam Yeməyi Gəmi Turu

More photos
From 53.00 EUR
Duration: 120 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Dekabrın 24-ü Budapeşt sakinləri üçün olduqca önəmli gündür. İnsanlar Milad bayramını ailələri, dostları və yaxınları ilə qeyd edir. Bu gün bir çox mağazalar, restoranlar və digər iaşə obyektləri işləmir. Təklif etdiyimiz bu proqram sayəsində bu unudulmaz gecəni beynəlxalq mühitdə keçirmək şansına yiyələnib, açıq bufet şam yeməyimizdən zövq ala bilərsiniz. 

İcazə verin sizi 24 Dekabrds əsl Milad atmosferi ilə yaşanacaq Milad Şam Yeməyi Gəmi Turumuza dəvət edək.


What to expect
Dekabr ayının 24-də baş tutacaq bu xüsusi səfər ilə Milad bayramı ruhunu daha yaxından hiss edəcək, Macar kulinariyasının ən xüsusi yeməklərin dadına baxmaq imkanına yiyələnəcəsiniz. Ənənəvi qaraçı və folklyor musiqilərinin mahir ifaçısı olan Rayko Folk Ansamblının və Orkestrının üzvlərinin müşayiəti ilə şam yeməyi və gülərüz personalımız bu axşamı sizə unudulmaz edəcək. 

Budapeştin axşam gözəlliyini doya-doya seyr etmək üçün gəmimiz şəhərin ən görkəmli məntəqələrinin qarşısından yavaşca ötüb keçəcək və bu anları ölümsüzləşdirmək üçün bolluca şəkil keçmə fürsəti qazanacaqsınız. Gəzinti boyunca qarşısından keçəcəyimiz məntəqələr Macarıstan Parlament Binası, Simvolik Zəncir Körpüsü, Buda Qalası və Balıqçı Qalası kimi tarixi məkanlardır. 

Gəmi turunun xaricdə sizin üçün təmin etdiyi gözəllik sayəsində daxildəki gözəllikləri və dadlı təamları da unutmaq olmaz. Tur müddəti ərzində təqdim olunan açıq bufet Milad Şam Yeməyi menyusu vasitəsi ilə balıq supu, doldurulmuş kələm kimi yerli və xarici mətbəxin dadlı yeməklərinin dadına baxacaq, seçimə uyğun içkilərdən həzz alacaqsınız. Yerli və beynəlxalq mükafatların laureatı, məşhur aşbaz Peter Molnarkanın hər bir qonağın zövqü üçün xüsusi olaraq hazırladığı menyudan həzz alaraq öz tanışlarınız və ya yeni insanlarla bayramı qeyd edin. 

2 saat ərzində davam edəcək proqramda həm Budapeştin həm də Macar yeməklərinin zövqünü çıxarıb, canlı müşayiəti altında qulyaşınızı dadaraq Parlament binasına baxıb buraya bir daha gələcəyinizə dair özünüzə söz verin. 

Qeyd olunduğu kimi Milad gecəsi insanlar bu özəl günü öz sevdikləri, ailələri, dostları ilə keçirmək üçün öz evlərinə tələsirlər və bir çox restoranlar, mağazalar, marketlər bir neçə gün ərzində bağlı olur. Belə bir gündə tək qalmamaq və bu xüsusi günü xüsusi proqramla keçirməmək üçün heç bir səbəbiniz yoxdur. 

Qeyd olunan qiymətlərə daxildir:

Açıq Buffet Şam Yeməyi 
Salamlama içkisi və daha iki digər içki növü (istəyə bağlı olaraq)
Dunay Çayı Gəmi Turu
Canlı musiqi müşayəti 

Menyu
Cold entries
Spiced cottage cheese cream and traditional greaves cream
Soups
Alföld style goulash with small dumplings
Vegetable cream soup
Warm main courses
Mini stuffed cabbage
Traditional chicken leg „Paprikasch”
Roasted chicken breast with basil-cheese sauce
Spicy pork rib with thyme – mustard sauce
Roasted sea fish with Chardonnay sauce
Garnishes and vegetarian
Grilled polenta with feta cheese
Grilled vegetables
Homemade dumplings with spinach and mustard-mushroom sauce
Hash-brown potatoes
Steak potatoes
Dumplings
Salads
Fresh seasonal salads with dressings
Italian pasta salad
Caesar’s salad
Sweet corn salad with mayonnaise
Season fruit basket
Desserts
Home-made strudel
Somló style sponge cake
Mini tarts
Dessert variations Európa style

Drinks1 Welcome drink, 1 glass of wine (or juice) and 1 bottle of mineral water

Proqramın başlanma vaxtı:

Gəminin limandan ayrılma vaxtı 18:00 və ya 21:00-dır. 
Toplanma məntəqəsində görüş üçün ən gec vaxt: 17:30 və 20:30

Turun müddəti: 

120 dəqiqə

Toplanma məntəqəsi:

Dunay Sarayı(Budapeşt H-1051, Zrínyi küçəsi 5)  Yeni barokko üslubunda tikilmiş sarı teatr binası Greşam Sarayının küncündə yerləşir. Yerləşdiyi küçənin sonu Bazilika meydanına çıxır. Gəzintinin adı yazılmış lövhə və sizə yardım edəcək əməkdaşlar binanın qarşısında sizi gözləyir.
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in