Milad bayramı Qala Konserti

More photos
From 32.00 EUR
Duration: 90 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Milad bayramı münasibətilə xüsusi olaraq təşkil olunan proqram özündə simfonik orkestrın klassik ifasını, folkyor musiqini, opera və balet performanslarını birləşdirir. 

What to expect
Heç şübhəsiz, musiqi macar incəsənətində həmişə önəmli yerlərdən birinə sahib olmuşdur. Ölkənin unikal folklyor musiqisi və dünya şöhrətli musiqiçiləri Avropa musiqisinə də təsir etmiş, xarici musiqiçilərə stimul mənbəyi, bir məktəb olmuşdur. Təqdim olunmuş proqram sizə ölkənin ən məşhur musiqiçilərinin müşayətində bu unikal musiqiləri dinləmə şansı verir. Əyləncəsi bol, sənət baxımından yüksək səviyyəli musiqilərin səslənəcəyi proqram bərabər formada klassik, folklyor. opera musiqisini və balet rəqsini özündə birləşdirir. 

Konsert proqramı ərzində Budapeşt Opera Teatrının ən istedadlı üzvlərinin ifasını da dinləyə biləcəksiniz. Mühiti şənləndirmək və klassik musiqilərə ahəng, rəng qatmaq üçün milli musiqi aləti olan cimbalom da sizə təqdim ediləcəkdir. Unikal simli musiqi aləti olan cimbalom öz harmonik səsi ilə musiqilərə tam fərqli abu-hava gətirir. Konsert proqramı müddətində sizə Macarıstan ərazisində yaşayan başqa xalqların da musiqilərinin də tanıdılması adına qaraçı ansamblının da ifası təqdim olunacaqdır. 

Bu möhtəşəm gecəyə qatılaraq dünyəvi klassik musiqinin və həmçinin Macar milli musiqisinin səsindən zövq alın!


Daxildir:
  • 90 dəqiqəlik Qala Konserti
  • İstəyə uyğun olaraq 90 dəqiqəlik şam yeməyi
Departure time:
  • Milad bayramı Qala Konsert proqramı 20:00-da başlayır.
  • Toplanma vaxtı: 19:30
Müddət:
  • 90 dəqiqə
Teatr/ Toplanma Yeri:
  • Dunay Sarayı
 H - 1051, Budapest, Zrínyi küç. 5
Meeting point

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in