Parlament Turu və Hərbi Gəmi-Muzeyi girişi

More photos
From 17.00 EUR
Duration: 80 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Budapeşt səyahətinizi dünyanın ən böyük parlament binalarından olan Macarıstan Parlament binasına və dünyanın ən qədim monitor gəmisi olan Lajta Hərbi Gəmisinə səfər edərək , tarix, incəsənət və nəfəs kəsən şəhər mənzərəsinin kombinasiyasından zövq alaraq tamamlayın!

What to expect
Dünyanın üçüncü ən böyük parlament binası olan Macarıstan Parlament Binası 1904-cü ildə İmre Şteindl tərəfindən özünəməxsus Eklektik üslubun Neo-Gothic detallarla kombinasiyası ilə dizayn edilmiş, şəhərin ən məşhur və ən böyük binası statusunu daşıyır. Parlament turları hər gün saat 10:00-dan etibarən başlayır və siz qeyd olunmuş tur zamanlarından istədiyinizi seçə bilərsiniz, lakin turun ardından Folklyor Şousuna gedə biləcəyinizdən əmin olun. Təcrübəli bələdçilərimiz sizi Parlament binasının nəhəng divarlarının arasında müşayət edərkən binanın tarixi, cari istifadə statusu və digər maraqlı informasiyalarla məlumatlandıracaq. Tur çərçivəsində sizin hətta milli məclis binasını görmə və Müqəddəs tacın və digər tarixi zərgərlik nümunələrinin sərgiləndiyi əraziyə keçmək imkanını əldə edəcəksiniz. 

 Möhtəşəm Parlament turunun ardından tarixi səhifələməyə davam etmək üçün Macar xalqının en vacib miraslarından olan Lajta Gəmi-Muzeyini ziyar edərək turunuzu biraz da zənginləşdirin.  

Dünyanın ən qədim monitor gəmisinin sərgiləndiyi, Parlament Binasının yanında yerləşən Lajta Monitor Muzeyinə səyahət etmək Budapeştdə edə biləcəyiniz ən zövqlü təcrübələrdən biridir. Bu ölümsüz nəhəng 1871-ci ildə hazırlanmış və Dunay çayı boyunca hərəkət edərək tarix boyu bir çox təhlükələrlə qarşı-qarşıya gəlmişdir. 

Lajta özü sizinlə danışa bilmədiyi üçün tarix boyu haqqında danışılan hekayələri dinləməniz üçün smartfon üçün hazırlanmış tətbiqi yüklədikdən sonra turunuza başlaya bilərsiniz. Məlumatları təkcə tətbiqlə deyil, divarlarda yerləşdirilmiş məlumat lövhələri ilə ə izləyə biləcək və bu nəhəng haqqında gəzən şəhər əfsanələri haqqında məlumatlar əldə edəcəksiniz. Hazırlandığı gündən etibarən keçirdiyi əfsanəvi günlərlə bağlı məlumatlar əldə edərkən Lajtanın Macar xalqı üçün nə dərəcədə önəmli bir miras olduğunun fərqinə varacaqsınız.

Biletinizə əlavə olaraq, siz digər iki tarixi Dunay muzey gəmisinə ziyarət haqqı əldə edəcəksini. 100-dən çox yaşı olan Kossuth Muzey Gəmisi və Gróf Széchenyi Gəmisi sizlərin ziyarəti üçün hazırdır. 

Lajta Sentyabr ayının 30-na qədər hər gün 10:00 - 18:00 aralığında ziyarətə açıqdır. 

[size=3]Vacib məlumatlar:

  • Siz qeyd olunan proqramdakı hər hissə üçün ayrı-ayrılıqda oteldən transfer xidmətini sifariş edə bilərsiniz. Transfer xidmətinin qiyməti 12 avrodur. Nəzərinizə çatdırmaq istərdik ki, hotelə transfer təmin olunmur. 
  • Daxil olunan proqramlara alınmış biletlərin tarixləri dəyişilə bilməz və qonağın gəlmədiyi və gecikdiyi təqdirdə ödənilmiş məbləğ geri qaytarılmır. Eyni şərt transfer xidməti üçün də keçərlidir. 
  • Tura qatılmadan öncə sizə göndərilən bilet formanızı çap etmənizi rica edirik. Elektron formada bilet qəbul edilməyəcək
  • Xahiş olunur, tur müddətində şəxsiyyətinizi təsdiq edən sənədi özünüzlə gəzdirin. 
[/size]Qeyd olunan qiymətlərə daxildir:

  • Macarıstan Parlament Binası turuna bilet
  • Kossuth Muzey Gəmisinə giriş bileti ( 12:00-dan 22:00-a dək)
  • Grof Szechenyi Muzey Gəmisinə giriş bileti ( 10:00-dan 13:30-a dək)
  • Lajta Muzey Gəmisinə giriş (10:00-18:00)

Başlanma saatı:
  • Tur seçilən tarixlərə uyğun olaraq 11:00/11:15/11:30-da başlayır. 
Məkan:
  • Kossuth Lajos meydanının şimal hissəsində yer alan Parlament Ziyarətçi mərkəzi
H - 1055 Budapeşt, Kossuth Lajos meydanı 1-3.
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in