Şəhər Mərkəzi Segway turu və Szechenyi Spa mərkəzi “sürətli-keçid” bileti

More photos
From 55.00 EUR
Duration: 60 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Budapeşt şəhər mərkəzini modern yolla kəşf edib, ardından şəhərin ən yaxşı Spa mərkəzində istirahətdən zövq alın.

What to expect
Heç şübhəsiz, Budapeşt ziyarəti Avropanın ən böyük Spa mərkəzi olan Szechenyidə rahatladıcı gün keçirmədən tamamlanmış sayılmır. Yeni trend olan Segway ilə şəhərin ən simvolik mənzərələrini seyr etdikdən sonra, Szechenyidə yaddaşınızdan silinməyəcək vaxt keçirin. Segway Budapeştin hər gün biraz daha çox insan qaynayanküçələrində şəhər turu üçün nəqliyyat olaraq ideal vasitə sayılır. Sürətli, rahat idarəolunandır. Tura başlamadan öncə Macarıstan Opera Binasının qarşısındakı görüş nöqtəsində bələdçinizlə tanış olub bütün lazımi ləvazimatlarınızı və təbii ki, Segwayinizi əldə etdikdən sonra tur haqqında bütün məlumatları əldə edəcəksiniz.Qısa bir təlim sessiyasının ardından artıq Segwayinizi necə nəzarət altına almalı olduğunuzu öyrəndinizsə turumuza başlaya bilərik. Şəhər haqqında bələdçinizdən maraqlı məlumatları almaqla yanaşı, yaranacaq bütün suallarınıza elə yerindəcə cavab tapacaq, Budapeştin bir-birindən maraqlı tarixi və turistik nöqtələrini kəşf edəcəksiniz. Tur Buda qalasınınZəncir körpüsünün möhtəşəm göründüyü Vöröşmarti meydanından başlayaraq, Balıqçı qalası, Macarıstan Parlament BinasıMüqəddəs Stefan Kilsəsinin əfsanəvi mənzərəsini ehtiva edən Dunay sahili boyu seçilmiş bir marşrutdan keçəcəkdir.  Şəhərin ən vacib nöqtələrində keçirdiyiniz vaxtdan sonra artıq istirahət etmək və rahatlamaq zamanıdır. Dünyada məşhur Szechenyi Spa mərkəzinin lyuks masaj otaqlarında və xüsusi hamam komplekslərində müxtəlif xidmət və müalicə sessiyalarının dadını çıxararaq mərkəzin açıq hava və qapalı hovuzlarından bədəninizi və ruhunuzu yeniləyin. Szechenyi Spa mərkəzi, öz qaynağını Qəhrəmanlar Meydanının altında yerləşən şəhərin mərkəzi termal bazasından alır. Bu gizli xəzinə, I-V əsrlərdən Budapeştdə öz hamam mədəniyyətini inkişaf etdirən Qədim Roma İmperatorluğundan başlayaraq, tarix boyunca müxtəlif mədəniyyətləri özünə cəlb etməkdədir. Macarıstanın geniş termal su imkanları yalnız bədən terapiyalarına kömək etməklə qalmayıb, fərqli stil və mədəni ünsürlərdən ibarət olan çox çeşidli bir sistemdir. Avropanın ən böyük termal su mərkəzində növbəsiz keçid imkanından yararlanaraq keçirəcəyiniz vaxtdan həzz alın və çoxsaylı müalicə və masaj imkanlarından faydalanın! Tur ilə başlayan unudulmaz Budapeşt gününü spa mərkəzində keçirəcəyiniz möhtəşəm vaxtla rəngarəng hala gətirin.

Qeyd olunan qiymətlərə daxildir:

  • Şəhər Mərkəzi Segway Turu
  • Təlim sessiyası
  • Segway İcarəsi
  • Bələdçi
  • Szechenyi Spa sürətli-keçid giriş bileti (kabin istifadəsi ilə)
  • İstəyə bağlı transfer xidməti
Transfer xidməti şərtləri:
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallarüçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş
olunur: +3630 659 7007
Proqramın başlanma vaxtı: 

Segway turu hər gün 09:00-18:00 arası təşkil olunur. 
Szechenyi Spa mərkəzində Hungaria Koncert bilet masasının işləmə saatları: Bazar Ertəsi - Bazar 09:00 - 18:00.

Szechenyi Spa giriş bileti bir günlük olub saat 22:00-a - Spa mərkəzinin bağlanma saatına qədər aktivdir.
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in