Şəhər Mərkəzi Segway Turu

More photos
From 36.00 EUR
Duration: 60 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
Tur sizə Budapeşti fərqli formada kəşf etməyə imkan yaradacaq. Qeyd etmək önəmlidir ki, təlim sessiyası turun müddətinə daxil deyildir və verilmiş müddət yalnız sizin turunuz üçün nəzərdə tutulmuşdur!

What to expect
Budapeştin mərkəzində iki təkərli tura çıxıb, şəhərin əsas küçələrindən keçərək turistik məkanları, abidələri və binaları kəşf etməyin əsl vaxtıdır! 
Segway hər nə qədər gündəlik nəqliyat üçün ideal vasitə sayılmasa da, şəhər turu üçün əvəzolunmaz olaraq görünür! Budapeşt Opera Binasının qarşısında bələdçiniz və Segwayinizlə tanış oldunuzsa öz macəramıza başlaya bilərik. Kiçik təlim sessiyasından sonra öz tarazlığınızı qoruya bilirsinizsə, lazımi təhlükəsizlik tədbirləri və istifadə şərtləri ilə birlikdə, tur marşrutu ve müddəti ilə bağlı bütün məlumatları əldə edəcəksiniz. Tur ərzində şəhərin tarixi və turistik məkanları haqqında bələdçiniz tərəfindən bir-birindən maraqlı məlumatlar əldə edəcək, yaranacaq bütün suallarınıza cavab tapacaqsınız.  Tur Buda qalasının və şəhərin iki tərəfini birləşdirən tarixi Zəncir körpüsünün mükəmməl müşahidə edildiyi, daim insan qaynayan Vörösmarti meydanında başlayıb, Balıqçı qalası, Macarıstan Parlament Binası və görkəmli Müqəddəs Stefan Bazilikasının möhtəşəm mənzərəsini özündə ehtiva edən, Dunayın sahili boyunca seçilmiş marşrutdan keçəcəkdir. 
Macarıstan tarixi və memarlığının gözəlliyinə əvvəl heç sınamadığınız formada şahid olun!


Tur marşrutunun keçdiyi məntəqələr
  1. Macarıstan Tarix və İncəsənət Muzeyi
  2. Városháza Parkı – Deák Meydanı -  Vörösmarty Meydanı - Vigadó – Dunay sahili
  3. Széchenyi Meydanı – Greşam Sarayı – Zəncir Körpüsü – Elizabet Körpüsü
  4. Parlament – Azadlıq Meydanı – Basilika
  5. Andrássy Prospekti – Millenium Metro Xətti – Opera Evi - Terror evi

Qeyd olunan qiymətlərə daxildir:

  • 20 dəqiqəlik təlim sessiyası
  • 1 saatlıq Segway Turu
  • Segway icarəsi
  • İngilis dilli bələdçi xidməti
Turun başlanma vaxtı:

Segway turu hər gün 09:00-18:00 arası hər saatın tamamında başlayır. Zəhmət olmasa Segway turuna qatılmaq üçün 10 dəqiqə öncədən toplanma məntəqəsində olun.

Toplanma məntəqəsi:

Macarıstan Dövlət Opera Binası (Budapest, Andrássy küç. 22, H-1061) Opera binasının qarşısındakı pilləkənlərdə öz bələdçinizi soruşun


Segway turu şərtləri:
  • 10 yaşdan aşağı uşaqlar və çəkisi 40 kq-dan az olan şəxslər turumuza qatıla bilməz. Valideynlər öz yeniyetməlik yaşına çatmayan övladları üçün öncədən razılıq haqqında sənəd imzalamalıdırlar.
  • İştirakçıların fiziki cəhətdən məhdudiyyətlərinin olmaması arzuolunandır.
  • Segway 130 kiloqramdan artıq çəkiyə malik insanlar üçün əlverişli deyildir.
  • Öncədən rezervasiya etmiş və alkoqol qəbul etmiş heç bir iştirakçı tura qəbul olunmayacaq və ödənişi geri qaytarılmayacaq.
  • Segway turları 10 yaşdan yuxarı istənilən şəxs üçün uyğundur.
  • Təəssüf ki, Segway turu hamilə qadınlar üçün uyğun deyildir.
Meeting point

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in