Şəhərlərarası Dunay Turu

More photos
From 300.00 EUR
Duration: 8 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Əgər ölkə paytaxtından əlavə olaraq, yaxın olan şəhərlər haqqında da maraqlanırsınızsa və onlara səyahət etmək arzusundasınızsa, xüsusi olaraq hazırlanmış Böyük Dunay Turu tam sizin üçündür. Öz unikal təbiəti dağları, heyvanat aləmi və ağac-bitki örtüyü ilə Dunay ətrafı şəhərlər ölkənin ən görməli yerlərindəndir. 

What to expect
Təklif olunan tur Budapeşt şəhər mərkəzindən çox da uzaqda yerləşməyən, lakin öz gözəlliyi ilə hətda qısa müddət üçün şəhərə gələn turistləri və yerli əhalini özünə cəlb edir. Turumuz sizin arzuladığınız yerdən (bu sizin oteliniz və ya yaşadığınız yer də ola bilər, şəhərdə hansısa bir məntəqə də) başlayır və sonda istədiyiniz məntəqəyə çatdırılma ilə başa çatır. Daim yanınızda olacaq tur bələdçimiz sizə məntəqələr, şəhərlər, abidələr haqqında incəsənətdən tutmuş dinə qədər bir-birindən maraqlı məlumatlar verəcək və əlbəttə ki, yarana biləcək suallarınızı cavablandıracaq. Siz komfortlu nəqliyyat vasitəmizlə istər fərdi olaraq istərsə də ailənizlə turumuza qatıla və birlikdə unudulmaz təcrübəni yaşaya bilərsiniz. Tur, bələdçinizlə və nəqliyat vasitəniz, sürücünüzlə tanış olacağınız otel resepşnından başlayacaq və sizi bütün gün ərzində davam edəcək möhtəşəm macəraya aparacaq. Turun ilk dayanacağı olaraq Dunayın sahilində yer almış kiçik Nagymaros şəhərinə səfər edəcək və yaşıllıqlar arasında gizlənmiş şəhəri gəzəcəyik. Dunay mənzərəsinin möhtəşəm müşahidə edildiyi bu şəhərdə əlbəttə ki öz anlarınızı fotoaparatlarınızla ölümsüzləşdirməyi unutmayın. Nagymarosdan isə gəmi vasitəsilə Dunay kənarındakı kiçik qəsəbə və kəndləri seyr edərək qədim şəhərlərdən biri olan Visegrada səfər edəcəyik. 

Tura üç unikal Dunay ətrafı şəhərə səyahət, şəxsi bələdçi və əlbəttə ki, transfer xidməti daxildir. Bu tur vasitəsilə siz əlbəttə ki, tək qeyd olunmuş şəhərlərin yox eləcə də Macarıstan tarixi, incəsənəti, adət-ənənələri haqqında öz-özlüyünüzdə fikir formalaşdıra bilərsiniz. 

Tur marşrutu: 

  • Nagymaros
  • Esztergom
    Turumuzun Nagymarosdan sonra gələn ilk şəhəri Esztergomdur. Orta əsrlərdə salınan və 10-13-cü əsrlər arasında Macarıstan paytaxtı olan şəhər, ölkənin ən qədim şəhərlərindəndir. Macarıstanın ən məşhur katolik şəhəridir. Ölkənin ən böyük katedralı olan Esztergom Bazilikası da məhz bu şəhərdə yerləşir. Macarıstanın ən məşhur turist cəlb edən məntəqələrindən olan Esztergom küçələrində irəliləyərkən şəhər atmosferi ilə tanış olacaq Qala təpəsində yerləşən Esztergom qalasına səfər edəcəksiniz. Tarixi binanın tikilmə dövrü 10-cu əsrlə əlaqəlidir. Qaladan sonra Müqəddəs Stefan meydanında yerləşən Bazilika öz möhtəşəm freskaları və dünyada ən böyük taxtı ilə çox məşhur tikilidir. Katedralın daxilində və ətrafında ediləcək tur ərzində təcrübəli bələdçimiz sizinlə binanın və şəhərin tarixi haqqında maraqlı məlumatlar paylaşacaqdır. Maria Valeria körpüsü də şəhər daxilindədir və katedralın yerləşdiyi ərazidən möhtəşəm Dunay mənzərəsi ilə birlikdə müşahidə edilə bilər. Xatırladaq ki, körpünün ortasında Macarıstan və Slovakiya sərhəddi yerləşmişdir.
  • Vişeqrad
    Vişeqrad şəhəri Macarıstanın ən kiçik və qədim yaşayış məskənlərindən biridir. Yerləşdiyi ərazi etibarilə çox böyük tarixi önəmə sahibdir. 1009-cu ildə əsası qoyulan şəhərin slavyan mənbələrinə əsasən adının mənası “yüksək qala”dır. Qala kompleksi Vişeqrad dağının təpəsindən alçaq ətəklərinə qədər uzanır və ikinci hissənin tikintisi 1246-1251-ci illərdə həyata keçirilmişdir. Vişeqrad şəhəri tur ərzində əsas dayanacaqlarımızdan biri olacaqdır. İlkin olaraq Macar dilində “Fellegvar” olaraq adlandırılan yuxarı hissəyə səfər edəcəyik. Daha sonra Royal Saraya, daha aşağıda yerləşən və 14-cü əsrdə inşa edilib daha uyğun yaşam şərtlərinin olduğu hissəyə daxili və xarici səfər edəcəyik. Saray 14-cü əsrin sonlarından 1405-ci ilə qədər Macar krallarının əsas iqamətgahı olmuşdur. Osmanlı işğalı ərzində saray ciddi zərər görmüş lakin ilkin memarlığı əsasında yenidən bərpa edilmişdir. Hal-hazırda ümumi giriş üçün açıq olan saray bir çox tədbirlərin, sərgilərin keçirildiyi məkan halına gəlmişdir. Səfərimiz ərzində həmçinin şəhərdə yerləşən Solomon qülləsinə də səfər edəcəyik.
  • Szentendre
    Vişeqraddan sonra turumuzBudapeşt mərkəzinə çatmamışdan öncə son dayanacağına getmək üçün Szentendreqəsəbəsinə doğru yol alacaqdır. Szentendre şəhərin Şimal-qərb hissəsindəyerləşir. Ərazisinin kiçik olmasına baxmayaraq ərazisində yerləşmiş çoxsaylı
    muzeylər, incəsənət qalereyaları və orada yaşayan sənətkarlarla birlikdəSzentendre əsl sənət qəsəbəsidir. Təqdim olunan tur vasitəsilə siz şəhərmərkəzinə səfər edəcək, çoxsaylı restoranları mağazaları gəzmə şansını əldə
    edəcəksiniz. Çayın kənarında möhtəşəm yaşıllıq və piknik üçün ərazilər ilə
    Szentendre həqiqətən unikal bir seçimdir. 

Qeyd olunan qiymətlərə daxildir: 

  • Şəxsi tur bələdçisi
  • Transfer xidməti 
       
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik. Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallara cavab tapmaq üçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş olunur: +3630 659 7007


Tur müddəti:

8 saat

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in