Sissi Tur

More photos
From 234.00 EUR
Duration: 6 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Təşkil olunmuş tur Macarıstan tarixi və ölkənin atçılıq ənənələri ilə maraqlanan şəxslər üçün ideal seçimdir. 

What to expect
Qeyd etdiyiniz oteldən və ya hər hansı bir məntəqədən komfortlu nəqliyat vasitəsilə başlayacaq yolumuz turun başlanğıc hissəsi sayılır. Gedəcəyimiz məntəqə Budapeştin şimal-şərqində yerləşən Gödöllö şəhəridir. Yolda olduğumuz müddət ərzində şəxsi bələdçiniz sizə ölkə tarixi haqqında bir-birindən maraqlı məlumatlar verəcək. Lakin bütün bunlarla yanaşı siz də maraqlandığınız mövzular barədə təcrübəli bələdçinizdən soruşub qaynar diskussiya mühiti yarada bilərsiniz. 

Gödöllö şəhəri Macarıstanın krallıq şəhəri sayılır. Ərazisindəki çoxsaylı qədim və memarlıq baxımından göz oxşayan binaları ilə Gödöllö öz tarixini hər gün minlərlə ziyarətçiyə göstərir. Turumuzun əsas məntəqəsi Gödöllödə yerləşən Grassalkovich Kral Qəsri olacaqdır. Gödöllönün ən məşhur görülməli yeri olan qəsr 300 yaşı olmasına baxmayaraq möhtəşəm qorunmuşdur. Qəsr içərisindəki otaqlar yüzillər öncəki dizaynını tam şəkildə qoruyub saxlamış və sizi həmin dövrün atmosferi ilə əhatələyir. Tur ərzində görəcəyiniz digər önəmli tikili də Máriabesenyő Bazilikasıdır. Bazilika təkcə Gödöllönün yox bütün Macarıstanın ən önəmli ibadət mərkəzlərindən biri hesab olunur. Bazilika macarların müqəddəs din adamı olan Mariyanın adını daşıyır. Kilsənin daxili öz unikal freska naxışları və 1759-cu ildə hazırlanmış Bakirə Mariya heykəli ilə möhtəşəm mühit yaradır və öz gözəlliyi ilə ziyarətçilərinə göz qırpır. İçərisində yerləşən heykəl Xristian aləminin ən məşhur heykəllərindəndir və təkcə onu görmək üçün bütün dünyadan yüzminlərlə insan bura səfər edir. 

Turun davamında tarixi və incəsənətlə dolu olan hissəni bitirib Gödöllö yaxınlığındakı başqa bir məntəqə olan Domonvölgyə səfər edəcəyik. Domonvölgy milli tarixi atçılıq ənənələri ilə ölkədə ad-sanı olan regiondur. Turumuzun bu hissəsində siz əsl macar atçıları ilə tanış olacaq və onların öz ağzından tarix boyu atların macar xalqı üçün nə dərəcədə önəmi olduğu haqqında məlumat alacaqsınız. Macar Csikos atçıları tərəfindən göstəriləcək atçılıq şousuna baxacaq və daha öncə görmədiyiniz bir təcrübə yaşayacaqsınız. Təbii ki, bütün bu vaxt ərzində siz daha geniş məlumatı öz şəxsi bələdçinizdən əldə edəcək və turun sonunda milli macar içkisi olan palinkanın da dadına baxacaqsınız. 

Xoş və əyləncəli keçən bütöv günün ardından Budapeştə, öz yerləşdiyiniz məntəqəyə qayıtdıqda turumuzu seçməklə necə yerində bir seçim etdiyinizin fərqinə varacaqsınız. 

Tur marşrutu
Gödöllő
Máriabesenyő
Domonvölgy
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik. Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallara cavab tapmaq üçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş olunur: +3630 659 7007

Tur müddəti:

6 saat

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in