Szechenyi Spa və Gundel restoranında Nahar Yeməyi

More photos
From 75.00 EUR
Instant confirmation
Select date and participants
Please select...

Overview
Tək Macarıstanın yox, Dünyanın ən məşhur Spa mərkəzlərindən olan Szechenyi Spada unudulmaz istirahət dolu saatlar yaşadıqdan sonra, ən azı onun qədər məşhur, şəhərin ən yaxşı restoranlarından olan Gundel Restoranında nahar etməkdən daha yaxşı nə ola bilər?

What to expect
Budapeşt Şəhər Parkı Qəhrəmanlar Meydanı, Mərkəzi Şəhər Zooparkı, Avropanın görkəmli Spa mərkəzi Szechenyi Spanı və şəhərin ən ekstravaqant restoranlarından olan Gundel restoranını öz sərhədi daxilinə alır. 

Təklif edilən eksklüziv paketlə Szechenyi Spada xüsusi giriş ilə VIP növbəsiz-keçid imkanından yararlanacaq və Gundel Restoranında böyük endirimlə nahar etmək imkanını əldə edəcəksiniz. 

Szechenyi Spa 18 hovuz, çoxsaylı sauna və steam otaqları, üzgüçülük və termal hovuzları hamamları ilə hər kəsin zövqünü oxşaya biləcək imkanlara malikdir. 

Artıq özünüzü həm fiziki həm də əqli olaraq tam rahatlamış hiss edirsinizsə, əməkdaşımız sizi sadəcə bir neçə addımlıqda yerləşən Gundel Restoranına müşayiət edə bilər. 

100-dən çox yaşı olan restoran müxtəlif tarixi dəyişikliklər və müharibələrdən keçərək bir neçə dəfə dəyişən sahiblər sayəsində günümüzə qədər qorunub saxlanmışdır. Daxili dizaynı orijinal ənənələrə uyğun qorunub saxlanan məkan sizi restoranın keçdiyi periodlara apararaq onun unikal gözəlliyini göz önünə gətirəcək. 

Gundel Restoranı Macarıstanda və beynəlxalq arenada təsis olunan Budapeştin ən yaxşı restoranı, Michelin "Guide Recommendation", "Hungarian Heritage Award" kimi bir çox mükafatların laureatıdır. 2014-cü ildə restoran "Hungarikums" - ən unikal və dəyərli məkanları siyahısına daxil edilmişdir. 

Gundel Restoranının möhtəşəm atmosferində, 3 növ yeməklə birlikdə 3 növ içkinin dadına baxa biləcəksiniz. Gundel Restoranı ölkənin ən istedadlı aşbazlarının hazırladığı yeməklər üçün ən təzə inqredientlərin seçilməsinə verdiyi xüsusi önəmlə məşhurdur. Bu paket üçün xüsusi seçilmiş və Macarıstan kulinariyasının ən seçkin yeməkləri və içkilərini kəşf edərək ekslüziv menyudan həzz alın!

Paketə daxil olan məkanları, eyni gündə ziyarət etmək şərt deyil və öncədən qeyd edəcəyiniz təqdirdə bu məkanlara fərqli günlərdə giriş edə bilərsiniz. 

Qeyd olunan qiymətlərə daxildir:

  • Szechenyi Spa mərkəzinə full-gün giriş bileti (kabin istifadəsi ilə)
  • Gundel Restoranında Nahar
   Menyu
Glass of Törley Gála sec sparkling wine/ soft drink
Forest mushroom cappuccino with crispy noodles and truffle oil
Crispy Pike-perch from Lake Balaton with parsley-seasoned potatoe mousse, poached crab and asparagus velouté
OR
Medallions of tenderloin of pork and “Lecsó” Gundel Style with boiled-baked potatoes
Dark Chocolate Royal with passion fruit and quince cream
Mineralwater 0,33l
Coffee


Proqramların başlama vaxtı:

Hungaria Koncert bilet stendi Szechenyi Spanın əsas girişində yerləşir ( Mərkəzi Şəhər Sirki ilə üzbəüz)
Stend 09:00-18:00 arasl xidmət göstərir. Spa mərkəzi saat 22:00 - a qədər açıqdır lakin, stendin işləmə saatına uyğun olaraq mümkün olan ən gec giriş 18:00-dır.  


Müddət:

Szechenyi Spa bileti tam günlük biletdir və 09:00-dan 22:00-a qədər istifadə oluna bilər. Spa mərkəzinə son mümkün giriş vaxtı 18:00-dır.

Məkanlar:

  • Szechenyi Spa mərkəzi - H - 1146, Budapest, Állatkerti krt. 9-11
  • Gundel Restoranı - Budapest, Gundel Károly út 4, 1146
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in