Yəhudi İrsi Turu

More photos
From 24.00 EUR
Duration: 2 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Tur Macar yəhudilərinin keçmiş və hal-hazırki fəaliyyətləri ilə maraqlanan və Macarıstanın əsas din qanadları arasındakı fərq haqqında məlumat əldə etmək istəyən insanlar üçün uyğundur. İngilis dilli bələdçinin müşayəti ilə keçirilən turda faciəvi tarixi vərəqləyəcək, Macar yəhudilərindən qalma bir çox mədəniyyət nümunələri ilə tanış olacaqsınız. 

What to expect
Budapeştin Yəhudi tarixini inspiritual və tarixi faciəvi keçmişindən hekayələrlə və məkanlarla kəşf etmək üçün gəzintimizə qoşulun. 
Turumuz Avropanın ən böyük sinaqoqu, yenilikçi yəhudi icmasının yarandığı göz oxşayan  Dohany Küçəsi Sinaqoqunun önündən başlanacaq. Sinaqoq turunun ardından Yəhudi muzeyinə səfər təşkil olunacaq və Macarıstan və Şərqi Avropanın ən unikal yəhudi mədəniyyəti eksponatlarından agah olacaqsınız. 

Üçüncü hissədə Holokaust qurbanlarının basdırıldığı Şəhid Məzarlığını və Raul Vollenberq Memorial Bağçasınını ziyarət ərzində “Həyat Ağacı” ilə tanış olacaqsınız. Bağça turunun son dayanacağı Qəhrəmanlar Abidəsi və Yəhudi Ailəsi Araşdırma Mərkəzi olacaq. 

Tur Marşrutu
1– Dünyanın ən böyük, Avropanın isə ən böyük ikinci sinaqoqu olan Dohány Küçəsi Sinaqoqu turu 
2 – Şəhidlər Məzarlığı.
3 – Raul Vollenberq Memorialı
4 – "Həyat Ağacı" Memorialı
5 – Qəhrəmanlar Abidəsi – (xarici tur)
6 – Yəhudi Ailələri Araşdırma Mərkəzinin yerləşdiyi Yəhudi Mərkəzi

Qeyd olunan qiymətlərə daxildir:

  • Bütün tur ərzində şəxsi bələdçi
  • Yəhudi Muzeyinə giriş bileti
  • Dohány Küçəsi Sinaqoquna tur
  • Şəhidlər Məzarlığı və Holokaust Memorial parkı
  • Raul Vollenberq Parkı
  • Həyat Ağacı
  • Yəhudi Ailələri Araşdırma Mərkəzinin yerləşdiyi Yəhudi Mərkəzi
  • İstəyə bağlı transfer xidməti (əlavə ödəniş)
      
Transfer Xidməti Şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik. Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallara cavab tapmaq üçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş olunur: +3630 659 7007

Turun başlama saatları:

Noyabrın 2-dən 30-dək:
Şənbə günlərini çıxmaq şərtilə hər gün saat 10:00.

Mayın 1-dən Oktyabrın 30-dək:

Bazar ertəsi - Cümə axşamı 10:00 və 14:00.
Cümə və Bazar günləri: yalnız 10:00


Yəhudi Bayramları günü və Şənbə günləri Sinaqoq ümumi ziyarətə qapalı olur
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in