Yəhudi rayonu "Grand" gəzinti turu

More photos
From 35.00 EUR
Duration: 2 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Tur Macar yəhudilərinin keçmiş və hal-hazırki fəaliyyətləri ilə maraqlanan və Macarıstanın əsas din qanadları arasındakı fərq haqqında məlumat əldə etmək istəyən insanlar üçün uyğundur. İngilis dilli bələdçinin müşayəti ilə keçirilən turda faciəvi tarixi vərəqləyəcək, Macar yəhudilərindən qalma bir çox mədəniyyət nümunələri ilə tanış olacaqsınız. 

What to expect
Turun ilk hissəsi "Essential" turu ilə eyni olub Dohány Küçəsi Sinaqoqu, Yəhudi Muzeyi, Şəhidlər Məzarlığı, Raul Vollenberq Memorial Parkı, Həyat Ağacı, Qəhrəmanlar Abidəsi, Yəhudi Mərkəzini əhatə edir. Qısa fasilənin ardından öz turumuzu keçmiş yəhudi gettosunun ərazisi olan və bir çox sinaqoq, abidə, koşer restoran və mağazaların olduğu keçələrdə davam etdirəcəyik. Bələdçinin verdiyi tarixi və maraqlı məlumatlarla bərabər siz də öz suallarınıza cavab tapa bilərsiniz. Turumuz ərzində Carl Lutz adına memorial parkına səfər edib, Gojdu pasajından keçəcəyik. Turun üçüncü məntəqəsi Avropanın ən böyük ortodoks sinaqoqlarından olan Art Nuevo üslubunda tikilən Kazinczy küçəsi sinaqoqudur (daxili tur). Turun sonunda sizin iki seçiminiz olacaqdır. Siz koşer Fröhlix şirniyyat evinə etdiyimiz dəvəti qəbul edə və ya Carmel Restoranından 10% lik endirim kuponu əldə edə bilərsiniz. 

Tur marşrutu aşağıdakı məntəqələrdən keçməkdədir:
  • Yerli bələdçi ilə Yəhudi Muzeyi turu
  • Dohány Küçəsi Sinaqoquna tur
  • Şəhidlər Məzarlığı və Holokaust Memorial parkı
  • Raul Vollenberq Parkı
  • Həyat Ağacı
  • Qəhrəmanlar abidəsi – (xarici tur)
  • Yəhudi Mərkəzi
  • Carl Lutz Memorial Parkı
  • Madách Meydanı
  • Qojdu Pasajı
  • Ortodoks Yəhudi Ərazisi
  • Kazinczy Küçə Sinaqoqu turu
  • Fröhlich şirniyyat evinə dəvətnamə və ya Carmel Restoranından 10 %- lik endirim kuponu

Qeyd olunan qiymətlərə daxildir:
  • Bütün tur ərzində professional tur bələdçisi
  • Yəhudi Muzeyinə giriş bileti
  • Dohany Küçəsi Sinaqoquna giriş bileti
  • Raul Vollenberq Memorial Parkına giriş bileti
  • Macar Yəhudilərinin arxivlərini, eləcə də audio yazıları, şəkilləri görə biləcəyiniz Yəhudi Mərkəzinə giriş bileti
  • Kazinczy Küçəsi Sinaqoquna giriş bileti
  • Koşer Fröhlich şirniyyat evinə dəvət və ya Carmel restoranına 10%-lik endirim kuponu
  • İstəyə bağlı transfer xidməti 
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik.
  • Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallarüçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrə iləəlaqə saxlamanız xahiş
olunur: +3630 659 7007

Turun başlanma vaxtı:

1 Maydan 31 Oktyabra qədər, Şənbə günlərini çıxmaq şərtilə 10:00 və  14:00 turları, Cümə və Bazar günləri yalnız 10:00
1 Noyabrdan 30 Noyabra qədər, Şənbə günlərini çıxmaq şərtilə yalnız 10:00

Toplanma məntəqəsi: 

Dohány Küçəsi Sinaqoqu, Budapest, Dohány küçəsi 2, 1074
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in