Yəhudi rayonu "Grand" şəxsi gəzinti turu

More photos
From 140.00 EUR
Duration: 4 hour
Instant confirmation
Select date and participants
Please select...

Overview
Tur Macar yəhudilərinin keçmiş və hal-hazırki fəaliyyətləri ilə maraqlanan və Macarıstanın əsas din qanadları arasındakı fərq haqqında məlumat əldə etmək istəyən insanlar üçün uyğundur. İngilis dilli bələdçinin müşayəti ilə keçirilən turda faciəvi tarixi vərəqləyəcək, Macar yəhudilərindən qalma bir çox mədəniyyət nümunələri ilə tanış olacaqsınız. 

What to expect
Turun ilk hissəsi "Essential" turu ilə eyni olub yolumuzu Dohány Küçəsi Sinaqoqu, Yəhudi Muzeyi, Şəhidlər Məzarlığı, Raul Vollenberq Memorial Parkı, Həyat Ağacı, Qəhrəmanlar Abidəsi, Yəhudi Mərkəzindən salacaqdır.
Qısa fasilənin ardından öz turumuzu keçmiş yəhudi gettosunun ərazisi olan və bir çox sinaqoq, abidə, koşer restoran və mağazaların olduğu keçələrdə davam etdirəcəyik. Bələdçinin verdiyi tarixi və maraqlı məlumatlarla bərabər siz də öz suallarınıza cavab tapa bilərsiniz.
Turumuz ərzində Carl Lutz adına memorial parkına səfər edib, Gojdu pasajından keçəcəyik. Turun üçüncü məntəqəsi Avropanın ən böyük ortodoks sinaqoqlarından olan Art Nuevo üslubunda tikilən Kazinczy küçəsi sinaqoqudur (daxili tur). Turun sonunda sizin iki seçiminiz olacaqdır. Siz koşer Fröhlix şirniyyat evinə etdiyimiz dəvəti qəbul edə və ya Carmel Restoranından 10% lik endirim kuponu əldə edə bilərsiniz. 

Tur yəhudi bayramları və ibadət günlərində ümumi istifadə üçün qapalıdır.

Turun əsas dayanacaqları aşağıdakı məntəqələrdir:

Məntəqələr
  • Yerli bələdçi ilə Yəhudi Muzeyi turu
  • Dohány Küçəsi Sinaqoquna tur
  • Şəhidlər Məzarlığı və Holokaust Memorial parkı
  • Raul Vollenberq Parkı
  • Həyat Ağacı
  • Qəhrəmanlar abidəsi – (xarici tur)
  • Yəhudi Mərkəzi
  • Carl Lutz Memorial Parkı
  • Madách Meydanı
  • Qojdu Pasajı
  • Ortodoks Yəhudi Ərazisi
  • Kazinczy Küçə Sinaqoqu turu
  • Fröhlich şirniyyat evinə dəvətnamə və ya Carmel Restoranından 10 %- lik endirim kuponu

Turun qeyd olunan qiymətlərinə daxildir:
  • Yaşadığınız yerdən şəxsi transfer xidməti
  • Bütün tur ərzində professional tur bələdçisi
  • Yəhudi Muzeyinə giriş bileti
  • Dohany Küçəsi Sinaqoquna giriş bileti
  • Raul Vollenberq Memorial Parkına giriş bileti
  • Macarr Yəhudilərinin arxivlərini, eləcə də audio yazıları, şəkilləri görə biləcəyiniz Yəhudi Mərkəzinə giriş bileti
  • Kazinczy Küçəsi Sinaqoquna giriş bileti
  • Koşer Fröhlich şirniyyat evinə dəvət və ya Carmel restoranına 10%-lik endirim kuponu

Transfer xidməti şərtləri: 
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramın başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik. Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfindən xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallara cavab tapmaq üçün qeyd olunan nömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir haı baş verdikdə qeyd olunan nömrə ilə əlaqə saxlamanız xahiş olunur: +3630 659 7007


Turun başlama saatları: 

Tur Yəhudi bayramlarını və Şənbə günlərini çıxmaq şərtilə ilin bütün günləri istəyinizə uyğun olaraq təşkil olunur. 

Turun müddəti: 

4.5 saat

Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in