Zwack Muzeyi və Nahar Yeməyi Gəmi Turu

More photos
From 28.00 EUR
Duration: 150 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
"Doktor Zwack! Bu Unicumdur!" dedi II Joseph onun üçün hazırlanmış unikal içkinin dadına baxaraq və beləcə Unicum adı əfsanəyə dönüb ölkələri, materikləri gəzməyə başladı! [i][b]Unicum dequstasiyasını reallaşdırdıqdan sonra əfsanəvi Dunay çayında panoramik gəmimizlə keyif çıxarmaq fürsətini əldən verməyin.[/b][/i]

What to expect
Macarıstan ən məşhur likörlərindən olan UnicumZwack ailəsinin reseptini hələ də sirr olaraq saxladığı və tarix boyu eyni dadını qoruya bilmiş nadir içkilərdəndir! Nə dərəcədə unikal olduğunu sadəcə məlum olan 40-dan çox bitki növünü saymaqla düşünmək nə dərəcədə mümkün olsa da, əlavə sehirli toxunuşların, reseptlərin də dadına əlavə ahəng qatdığı içkinin həmin o sehrli toxunuşunu hələ də Zwack ailəsi sirr olaraq saxlayır. 

Başlanğıc olaraq təqdim olunacaq qısa film sayəsində Zwack ailəsinin keçdiyi yolu, içkinin istehsalata başlama dövrünü müharibələrdən nə dərəcədə ziyana uğradığını və son olaraq dünyaya necə yayıldığını öyrənəcəksiniz. Video nümayişin ardından qonaqlarımız Unicum fabrikində bir çox dillərdə təqdim olunan (bələdçi və ya audio-bələdçi) tura qatılacaq, inqredientlər, onların saxlanc yerləri və son olaraq hazır içkilərin saxlandığı çəlləklərin yerləşdiyi zirzəmi ilə tanış olacaqlar. Labirint formasındakı zirzəmilərdəki çəlləklərin arasından keçməklə qalmayacaq, bu həzzi birbaşa çəlləkdən yaşamaq şansını da əldə edəcəksiniz. Dequstasiya mərhələsi üç hissəli olacaqdırOriginal Unicum, fabrikin ən son yeniliklərindən olan Unicum Gavalı və Unicum Riserva növlərini birbaşa rezervlərdən dadacaqsınız.

Ölkənin ən məşhur içkisini dadaraq özünüzə yaxşılıq edin və Budapeşti bir də bu aspektdən kəşf edin!

Muzey turunun ardından möhtəşəm Dunayda reallaşacaq gəmi turumuza da qoşulmağı unutmayın.

Şəhərin tam mərkəzində yerləşən toplanma məntəqəsində görüşdükdən sonra əməkdaşlarımızın yardımı ilə Dunay sahilinə gətiriləcək və saat 14:00-da restoran gəmimizə daxil olacaqsınız. Özünüzü mavi Dunayın qoynunda reallaşacaq möhtəşəm gəmi turuna hazırlamağı unutmayın. 

Gəmi turu Budapeştin simvolik körpüsü olan Zəncir körpüsü ətrafında başlayacaq. Macar Parlamentinin, Müqəddəs Stefan Bazilikasının, Böyük Bazar kompleksinin yanından ötüb keçərkən unudulmaz görüntünün şahidi olacağınıza zəmanət veririk. Margit adası ətrafında dövrə vurarkən məşhur aşpaz Peter Molnarkanın hazırladığı dadlı təamların dadı ilə tanış olacaqsınız. 

Təpəlik Buda tərəfinin önündən keçərkən gəmi göyərtəsindən bu anın həzzini çıxarmağı şiddətlə tövsiyyə edirik. Buda Qalası və Matiaş Kilsəsi kimi memarlıq abidələrinin təpəyə verdiyi gözəllik və əzəmət görülməyə dəyər. 

Bufet menyu seçimi ilə təqdim olunan nahar süfrəsini istifadə edərkən çox diqqətli olun və özünüz üçün desertə də yer saxlayın. 90 dəqiqəlik gəmi turu ərzində Budapeştin ən məşhur 6 körpüsünü görmə imkanını əldə edəcəksiniz. Bilet qiymətinizə daxil olan şərabın dadını çıxara bilər və ya günorta vaxtı alkoqol içki qəbul etməyə üstünlük vermirsinizsə sərinləşdirici içki və meyvə şirələri seçimindən yararlana bilərsiniz. 

Öz içkinizi götürərək gəmi göyərtəsinə qalxıb Zəncir Körpüsünün birləşdirdiyi qədim Buda tərəfini və orta əsrlər Peştinin nəfəs kəsən görüntüsünü izləməyi unutmayın

Qeyd olunan qiymətlərə daxildir:

  • Muzeyə giriş və audio-bələdçi
  • [size=2]Zwack ailəsi və şirkət tarixi haqqında video-nümayiş
  • Unicum fabrik texnikasının təqdimatı
  • 3 fərqli Unicum növü ilə dequstasiya sessiyası
Növlər
Original Unicum
Son məhsul Gavalı Unicum
Eklüziv Rezerva Unicum

[/size]
  • Açıq buffet nahar yeməyi
Nahar Yeməyi menyusu
Cold entries
Spiced cottage cheese cream and traditional greaves cream
Soups
Alföld style goulash with small dumplings
Vegetable cream soup
Warm main courses
Mini stuffed cabbage
Traditional chicken leg „Paprikasch”
Roasted chicken breast with basil-cheese sauce
Spicy pork rib with thyme – mustard sauce
Roasted sea fish with Chardonnay sauce
Garnishes and vegetarian
Grilled polenta with feta cheese
Grilled vegetables
Homemade dumplings with spinach and mustard-mushroom sauce
Hash-brown potatoes
Steak potatoes
Dumplings
Salads
Fresh seasonal salads with dressings
Italian pasta salad
Caesar’s salad
Sweet corn salad with mayonnaise
Season fruit basket
Desserts
Home-made strudel
Somló style sponge cake
Mini tarts
Dessert variations Európa style


  • Salamlama içkisi və digər iki içki
  • Transfer xidməti (seçildiyi təqdirdə)
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramı  başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik. Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfində  xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallara cavab tapmaq üçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrəilə əlaqə saxlamanız xahiş olunur: +3630 659 7007


Başlanma saatı:

  • Muzey turu 10:15/12:00
  • Gəmi turu 14:00
Müddət:

  • Muzey turu -  60 dəqiqə
  • Gəmi turu - 90 dəqiqə
Toplanma nöqtəsi:

  • Zwack Ziyarətçi Mərkəzi
H - 1095 Budapeşt, Dandár küç. 1
  • Dunay Sarayı
H - 1051, Budapeşt, Zrínyi küç. 5 

Meeting point

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in