Zwack Unicum Muzeyi Turu

More photos
From 12.00 EUR
Duration: 60 minutes
Instant confirmation
Select date and participants
Please select...

Overview
"Doktor Zwack! Bu Unicumdur!" dedi II Joseph onun üçün hazırlanmış unikal içkinin dadına baxaraq və beləcə Unicum adı əfsanəyə dönüb ölkələri, materikləri gəzməyə başladı!

What to expect
Macarıstan ən məşhur likörlərindən olan Unicum, Zwack ailəsinin reseptini hələ də sirr olaraq saxladığı və tarix boyu eyni dadını qoruya bilmiş nadir içkilərdəndir! Nə dərəcədə unikal olduğunu sadəcə məlum olan 40-dan çox bitki növünü saymaqla düşünmək nə dərəcədə mümkün olsa da, əlavə sehirli toxunuşların, reseptlərin də dadına əlavə ahəng qatdığı içkinin həmin o sehrli toxunuşunu hələ də Zwack ailəsi sirr olaraq saxlayır. 

Başlanğıc olaraq təqdim olunacaq qısa film sayəsində Zwack ailəsinin keçdiyi yolu, içkinin istehsalata başlama dövrünü müharibələrdən nə dərəcədə ziyana uğradığını və son olaraq dünyaya necə yayıldığını öyrənəcəksiniz. Video nümayişin ardından qonaqlarımız Unicum fabrikində bir çox dillərdə təqdim olunan (bələdçi və ya audio-bələdçi) tura qatılacaq, inqredientlər, onların saxlanc yerləri və son olaraq hazır içkilərin saxlandığı çəlləklərin yerləşdiyi zirzəmi ilə tanış olacaqlar. Labirint formasındakı zirzəmilərdəki çəlləklərin arasından keçməklə qalmayacaq, bu həzzi birbaşa çəlləkdən yaşamaq şansını da əldə edəcəksiniz. Dequstasiya mərhələsi üç hissəli olacaqdırOriginal Unicum, fabrikin ən son yeniliklərindən olan Unicum GavalıUnicum Riserva növlərini birbaşa rezervlərdən dadacaqsınız.

Ölkənin ən məşhur içkisini dadaraq özünüzə yaxşılıq edin və Budapeşti bir də bu aspektdən kəşf edin!

Qeyd olunan qiymətlərə daxildir:

  • Muzeyə giriş və audio bələdçi
Audio bələdçi üçün təklif olunan dillər aşağıdakılardır:
İngilis
Alman
Rus
Fransız
Polyak
İtalyan
  • Zwack ailəsi və şirkət tarixi haqqında video-nümayiş
  • Unicum fabrik texnikasının təqdimatı
  • 3 fərqli Unicum növü ilə dequstasiya sessiyası
Növlər
Original Unicum
Son məhsul Gavalı Unicum
Eklüziv Rezerva Unicum
  • İstəyə bağlı transfer xidməti
Transfer xidməti şərtləri
  • Transfer xidmətindən istifadə etmək üçün seçdiyiniz proqramı  başlamasından 30-40 dəqiqə öncə otelinizin lobbisində olmağınızı xahiş edirik. Seçilmiş proqramın saatına uyğun olaraq nəqliyyat geçikmələrindən və xidmət istifadəçilərinin çoxluğundan yarana biləcək ləngimələri nəzərə almağınız xahiş olunur
  • Lobbisi (resepşnı) olmayan hər hansı bir məntəqədə qalırsınızsa sürücünüzün gəlməyini məntəqənin önündə gözləməyiniz vacibdir. 
  • Xidmət iki tərəfli yerinə yetirilir və proqramdan sonra otel və ya yaşadığınız məntəqəyə transfer xidmətindən imtina etdiyiniz halda heç bir geri ödəniş qəbul olunmur.
  • Mobil cihazlarınızın enerjisinin kifayət edəcəyindən əmin olun, əgər istifadə etdiyiniz mobil cihazın şəbəkəsində problem varsa, rominq xidmətindən istifadə edə bilmirsinizsə xahiş olunur, daha öncədən qeyd etmiş olduğunuz elektron poçtu vaxtaşırı olaraq yoxlayın.
  • Pulunuzun geri qaytarılması haqqını şirkətimiz tərəfində  xoşagəlməz hər hansı bir hadisə baş verdikdə, saytda qeyd olunan Təcili nömrələri məlumatlandırdığınız təqdirdə əldə edirsiniz.
  • Zəhmət olmasa nəzərə alın ki, son dəqiqə və ya proqram günü edilmiş hər hansı transfer xidmətinin təmin olunacağına zəmanət verilmir.
  • Qeyd olunan punklardakı məlumatlara uyğun olmayan hər hansı bir şərt daxilində ödənişin geri qaytarılması icra olunmur. 

Transfer xidməti ilə bağlı yaranan suallara cavab tapmaq üçün qeyd olunannömrə ilə əlaqə saxlamanız xahiş olunur: +361 317 1377

Təcili bir hal baş verdikdə qeyd olunan nömrəilə əlaqə saxlamanız xahiş olunur: +3630 659 7007

Tur saatları:
  • Macar dilində təşkil olunan turlar: 10:15; 12:00; 15:00                
  • İngilis dilində təşkil olunan turlar:  10:15; 12:00; 15:00               
Müddət:
  • 60 dəqiqə

Toplanma məntəqəsi: 

  • Zwack Muzeyi ziyarətçi mərkəzi
H - 1095 Budapest, Dandár küç 1
Meeting point

Recommended products

What others are saying (0 Reviews)
No one has left a review so far!
Log in